01-06-2016 [15:39]
Qondarma DQR-in keçmiş "müdafiə naziri”, bu günlərdə Rusiyadan qayıdan və tezliklə Qarabağda fəaliyyətə başlayacağını elan edən general Samvel Babayan Sivil Net internet televiziyasına müsahibə verib.
"Azadlıq” radiosunun erməni xidməti general Samvel Babayanın müsahibəsindən yeni fraqmentləri yayıb və həmin fraqmanetlərə əsasən, başkəsən Samoya indi "ən düzgün danışan erməni” ləqəbini də əlavə etmək olar...
Samo Azərbaycan ordusunun aprel döyüşlərində təmas xəttinin Ağdərə-Goranboy və Füzuli-Cəbrayıl istiqamətlərində azad etdiyi mövqelərin strateji əhəmiyyətə malik olduğunu deyib.
"Mən bilmirəm kim o əraziləri ölçüb, 800, yoxsa 1800 hektar olduğunu müəyyən edib? Həmin mövqelərə, konkret olaraq, Mardakert (Ağdərə) istiqamətindəki mövqelərə gəldikdə, onlar ikili təyinatlı strateji məntəqələr idi. Birincisi, onlar həmin istiqamətdəki kəndlərin sakinlərinə yaşamaq imkanı verirdi. Bu torpaqlar Dağlıq Qarabağın təbii sərhədləridir, biz o vaxt öz təbii sərhədlərimizə çıxmışdıq. İkincisi, həmin ərazilərdən bütün düzənlik - Gəncədən Beyləqana qədər bizim ovcumuzun içində idi... İndi biri deyir bu ərazilər strateji idi, o biri deyir belə deyildi. Həmin əraziləri görmədən onlar necə belə deyə bilər? Strateji olmayan mövqe yoxdur, xüsusən də Mardakert istiqamətində”, - Samvel Babayan deyib.
Samo bildirib ki, Azərbaycan böyük sayda silahlar alır, bu zaman əsas vurğunu artilleriyaya, raket və hərbi-hava qüvvələrinə yönəldir, təmas xəttindəki erməni mövqelərini, habelə şəhərləri və kəndləri yerlə bir etməyi planlaşdırır. Onun sözlərinə görə, Ermənistanın nə maddi, nə insan resursları ilə Azərbaycanla ayaqlaşmaq imkanı var.
"Siz təsəvvür edirsinizmi, onlar Naxçıvanda müxtəlif İsrail və Rusiya reaktiv sistemlərini yerləşdiriblər. Sual yaranır: niyə? Qarabağa zərbə endirmək üçün? Belə olsaydı, onlar həmin sistemləri Naxçıvanda yox, Qarabağla sərhəddə yerləşdirərdi. Biz danışanda ki, hücuma hazırıq, rəqib hökmən bundan istifadə edəcək və artıq İrəvana zərbə endirəcək. İrəvandan Naxçıvana cəmi 42 kilometrdir. Bu silahlar, həmin reaktiv sistemlər 70-150 kilometr məsafəni vurur. Biz onlardan öz şəhərlərimizi, kəndlərimizi qorumağa hazırıq? Bakıda çay içəcəyik deməklə iş bitmir ki? Bilirsiniz, Bakıda çay içmək olar, ancaq mən qorxuram ki, onlar tezliklə İrəvana çatacaqlar və burada çay içəcəklər. General formasını geyinib kolxoz sədri kimi bəyanatlar vermək olmaz. Bizim əsgər o qədər raketin qabağında dayana bilməyəcək... əgər bir dəqiqədə ön xəttə 25 min mərmi düşərsə, orada adam dayana bilər? O nə deməkdir ki, bizim əsgərin döyüş ruhu yüksəkdir? Onlar raketi tutacaqlar, yoxsa əsgər mərmini havada ovlayacaq? Biz əsgərin təhlükəsizliyi haqda düşünməliyik”, - Samvel deyib.
"Hərbi rəhbərlik xalqı aldadıb deməməlidir ki, biz iki raketlə Bakını yerlə bir edəcəyik. Hansı ki, heç həmin raketlərin gücünü və imkanlarını başa düşmürlər. Öz xalqını aldatmaq olmaz”, - Babayan deyib.
Samonun sözlərinə görə Ermənistanın Rusiyadan 200 milyon dollar kredit götürüb Azərbaycanın aldığı silahlardan - "Smerç” və ağır odsaçanlardan alması anlaşılmazlıqdır, düzgün taktika deyil.
"Bu o deməkdir ki, onlar bizi vuracaq, biz də onları? Biz Azərbaycanın malik olduğu bütün silahlardan ala bilmərik. Azərbaycan uzunmüddətli müharibəyə hazırlaşır, bu siyasətə qarşı dayanmaq üçün resurslar lazımdır. Ermənistanda isə resurslar yoxdur”, - Samvel bildirib.
Virtualaz.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi