İlham Əliyev Almaniyaya gedir - Tarix

img

01-06-2016 [14:49]


Azərbaycan prezidenti İlham Əliyev iyunun 7-də Almaniyaya səfər edəcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin səfəri barədə ilk dəfə Almaniya kansleri Angela Merkel məlumat vermişdi. O, aprelin 6-da Ermənistan Prezidenti Serj Sarkisyanla Berlində keçirdiyi görüş zamanı İlham Əliyevin iyun ayında Almaniyaya səfər edəcəyini demişdi.
Merkel İlham Əliyevlə səfər barədə razılığa gəlindiyini desə də, səfərin dəqiq gününü açıqlamamışdı.

"Biz onun nöqteyi-nəzərindən problemləri müzakirə edə bilərik”, - deyə Merkel İlham Əliyevin səfəri barədə danışarkən bildirib.

ANS


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA