Tələbələrə töhmət verildi - YAP-ın iclasına görə

img

01-06-2016 [11:49]


Azərbaycan Dillər Universitetinin bir qrup tələbəsinə Yeni Azərbaycan Partiyasının iclasında iştirak etmədiyi üçün töhmət verilməsi məsələsi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Universitet dekanın partiya iclasında iştirak etməyən tələbələrə töhmət verməsi birmənalı qəbul edilmir. Belə ki, filologiya və jurnalistika fakültəsinin III kurs tələbələri YAP-ın may ayının 26-da keçirilən iclasına göndərildiyi halda orada iştirak etməyiblər. Buna görə də sözügedən fakültənin dekanı Sevda Vahabova tərəfindən 14 nəfər tələbəyə töhmət verilib.

Məsələ ilə əlaqədar Dillər Universitetinin Mətbuat Xidmətinin rəhbəri Şəfaqət Kazımova qafqazinfoya-a bildirib ki, məsələdən nə universitet rəhbərliyinin, nə də İdarə Heyətinin məlumatı var: "Bu gün məsələ ilə bağlı iclas çağırılıb. İclasda fakültə dekanı ilə bağlı müvafiq ölçü götürüləcək”.


Tələbələrə töhmət verildi  -  YAP-ın iclasına görə + Açıqlama


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA