01-06-2016 [10:37]
Rusiya ilə Ermənistan arasında siyasi qalmaqal yetişir. Qalmaqala səbəb isə bugünlərdə İrəvanın mərkəzində ermənilərin 2-ci Dünya müharibəsinin qəhrəmanı hesab elədikləri general Qaregin Njdeyə abidə ucaldılmasıdır.
Məsələ də ondadır ki, Moskva müharibə zamanı SS-in erməni legionuna rəhbərlik eləmiş bu şəxsi hərbi cinayətkar hesab edir.
"Belə bir abidənin açılması Moskvanın diplomatik kanallarla təcili reaksiyasına səbəb olmalıdır”.
Bu barədə Rusiya prezidenti Vladimir Putinin etibarlı şəxslərindən biri, prezident yanında İctimai Palatanın üzvü, politoloq Sergey Markov "Vestnik kavkaza” nəşrinə açıqlamasında deyib.
Putinin müşaviri bu faktı "dəhşətli” adlandırıb: "Belə bir abidənin açılması sübut edir ki, erməni cəmiyyətində Rusiya əleyhinə köklənmiş güclü qüvvələr var. Axı Rusiya alman nasizminə qalib gələn əsas ölkədir. İrəvanın belə bir davranışı bütün məqbul formatları aşmaqdır və Rusiyanın qətiyyətli reaksiyasına səbəb olmalıdır” - o, deyib.
Politoloqun sözlərinə görə, postsovet ölkələrinin milli siyasəti ortaq tarixin üstündən xətt çəkməməlidir.
"Alman nasizmi ilə əməkdaşlıq eləmək, demək, həm də onun dəhşətli cinayətlərində, o cümlədən rus xalqının soyqırımında iştirak eləmək istənilən xidmətin üstündən xətt çəkməlidir. Moskva İrəvandan nasist cinayətkarların qəhrəmanlaşdırılması siyasətini dayandırmağı tələb eləməlidir. Və bu tələb həmişə Rusiya-Ermənistan danışıqları stolu üstündə olmalıdır” - politoloq vurğulayıb.
* * *

Rusiyalı tanınmış tarixçi alim və siyasi analitik Oleq Kuznetsov da fakta sərt münasibət bildirib.
Öncə o, Qaregin Njde və onun silahdaşlı Andranikin - "General Dro”nun "xidmətlərini” xatırladıb: "Bu iki personaj erməni legionlarının yaradılmasında aktiv iştirak edib. Həmin legionlar öncə Vermaxtın (faşist ordusu-red.) tərkibində olub, sonralar, 1944-cü ildə isə beynəlxalq Nrünberq Tribunalının qərarı ilə qadağan edilmiş və cinayətkar elan olunmuş ”SS" qoşunlarının tərkibinə daxil edilib. Həmin strukturlarla əlaqəsi olan bütün şəxslər avtomatik olaraq, hərbi cinayətkar sayılırlar - üstündən nə qədər müddət ötməsindən asılı olmayaraq".

Bu xüsusda tarixçi-alim Njdeyə abidənin qoyulmasını Ermənistanda faşizmin reabilitasiyası kimi qiymətləndirir: "Bu isə beynəlxalq hüquqa tamamilə ziddir. Belə bir addım təkcə daxil üçün deyil, həm də xaric üçün anlam daşıyır. Bu onu göstərir ki, Köçəryan-Sərkisyan Qarabağ klanının siyasi rejimi erməni cəmiyyətini səfərbər eləmək üçün beynəlxalq situasiyanın istənilən gərginliyinə getməyə hazırdır. Mahiyyət etibarilə biz artıq Ermənistanın müəyyən mənada özünütəcrid kursu götürdüyündən danışa bilərik. Hakimiyyəti qorumaqdan ötrü prezident Sərkisyan və onun ətrafı getdikcə daha çox Şimali Koreyadakı siyasi rejimə oxşamağa başlayıblar”.
Analitikin qənaətincə, rəsmi İrəvanın bu siyasəti Rusiyanı mürəkkəb vəziyyətə qoyur: "Belə çıxır, Rusiya faşist cinayətkarlarına münasibətdə beynəlxalq normaları açıq şəkildə qulaqardı edən bir ölkə ilə müttəfiqdir. Bu mənada Rusiyanın siyasi rəhbərliyi qarşısında asan olmayan seçim dayanır. Fikrimcə, bu addım Rusiya-Ermənistan əlaqələrinin sonrakı stabil durumuna kömək eləməyəcək və Moskva İrəvana münasibətdə tonu dəyişməli olacaq. Ən azından etiraz notası verilməli və orada qısa müddətdə abidənin sökülməsi tələbi qoyulmalıdır. Tam mümkündür ki, Rusiya Ermənistanla əlaqələrin formatını dəyişsin, bu əlaqələri aşağı səviyyəyə endirsin və ya İrəvanı müttəfiqlər siyahısından çıxarsın”.
Öz növbəsində Milli Strategiya İnstitutunun prezidenti Mixail Remizov hesab edir ki, Ermənistan belə addımlarla Rusiyadan və onun rəsmi tarixindən məqsədli şəkildə məsafə saxlamaq niyyətindədir.
"Görünür, İrəvana Qarabağ zonasındakı son döyüş əməliyyatları zamanı Rusiyanın tutduğu mövqedən öz narazılığını hansısa formada göstərmək lazım imiş. Hazırda erməni cəmiyyətində Moskvaya münasibətdə bildiyim qədər, çox güclü bir qıcıq var. Bu qıcıq isə ədalətsiz və əsassızdır, nədən ki, Rusiya ciddi diplomatik səylər göstərdi ki, hərbi konflikt genişlənməsin və Qarabağ münaqişəsinin hərbi yolla həlli qaçılmaz olmasın. Status-kvonun saxlanması, hər halda, erməni tərəfinə sərfdir, nəinki Azərbaycana. Azərbaycana Rusiya silahlarının satılmasının praktik cəhətdən heç bir önəmi yoxdur, çünki bu silahlar başqa ölkələrdən də alına bilər. Ona görə də burada inciklik var, nəinki sağlam siyasi məntiq. Yekun etibarilə də ortada Rusiya-Ermənistan əlaqələri üçün çox neqativ bir fon yaranıb” - ekspert qeyd edib.
.jpg)
Onun sözlərinə görə, müttəfiq ölkədə hərbi cinayətkara abidə ucaldılması - Rusiyaya daha bir dərs olmalıdır.
"Moskva postsovet məkanında müttəfiqlik məsələsinə maksimum praqmatik yanaşmalı, eyni zamanda illüziya ilə yaşamamalıdır. Son vaxtlar Ermənistandan gələn həyəcanlı siqnallar kifayət edir ki, bu ölkə ilə strateji tərəfdaşlığın xarakteri ilə bağlı müəyyən nəticələrə gələsən” - sonda politoloq fikrini tamamlayıb.
***
Əslində rusiyalı politoloqların şərhlərində qırmızı xətt kimi keçən fikir budur ki, xüsusən də apreldəki ağır məğlubiyyətindən sonra Moskvadan incik düşən Ermənistan özünə Qərb, NATO timsalında yeni ağa axtarışına çıxıb və əlverişli məqam yetişən kimi Rusiyanı yeni sahibinə dəyişəcək. Hərgah, bunun bədəli işğalçı ölkə üçün olduqca ağır ola bilər. Hər halda Rusiyanın Ermənistanın arxasından müvəqqəti də olsa çəkilməsi yetər ki, Azərbaycan öz əraziləri qısa müddətdə işğaldan azad eləsin.
Yəqin ki, məsələ Rusiya prezidenti Vladimir Putinlə onun erməni həmkarı Serj Sərkisyan arasında dünən Astanada keçirilmiş görüş zamanı da diqqətdə olub.
Görəsən, forpost və vassal Ermənistanın öz gerçək sahibinə qarşı belə demarşı nə qədər çəkəcək, abidə tezliklə uçurulacaqmı?
Musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi