01-06-2016 [00:31]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az xəbər verir ki, qonaqları Azərbaycanda salamlayan Prezident İlham Əliyev bu səfərin ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.
"Biz Çin Xalq Respublikası ilə münasibətlərin inkişafına böyük önəm veririk", - deyən dövlətimizin başçısı ötən ilin sonunda Çin Xalq Respublikasına dövlət səfərini məmnunluqla xatırladı.
Prezident İlham Əliyev səfər çərçivəsində aparılan danışıqların, imzalanan sənədlərin gələcək əməkdaşlıq baxımından əhəmiyyətini vurğuladı. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi, humanitar, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyini deyən dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, bu səfər dostluq münasibətlərinin genişlənməsində daha bir mühüm addım olacaq.
Azərbaycana səfərindən məmnun olduğunu deyən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaoli Bakıya səfər etməzdən öncə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşdüyünü bildirdi, onun ehtiramını və salamlarını Prezident İlham Əliyevə çatdırdı. O dedi ki, Çin Xalq Respublikasının Sədri Azərbaycanı Çin üçün mühüm və dost ölkə hesab edir. İlk dəqiqələrdən paytaxtımızda gedən inkişaf proseslərinin, şəhərimizin gözəlliyinin onda dərin təəssürat yaratdığını deyən Can Qaoli Bakının şəhərsalma baxımından tarixlə müasirliyin vəhdətinin nümunəsi olduğunu bildirdi, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətlə inkişaf etdiyini, əhalinin rifah halının yaxşılaşdığını vurğuladı.
Prezident İlham Əliyev qısa müddət ərzində Çindən yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana həyata keçirdikləri səfərləri münasibətlərimizin yaxşı nümunəsi kimi qiymətləndirdi, Çin ilə əlaqələrin inkişafının Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu diqqətə çatdırdı. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusunu almasını bu təşkilata tam inteqrasiya olunmaq istiqamətində ilkin addım kimi dəyərləndirir və bu təşkilat ilə əməkdaşlıq ölkəmizin xarici siyasətində mühüm yer tutur.
Prezident İlham Əliyev Azərbaycanın Çin ilə terrorizm və ekstremizmlə mübarizədə əməkdaşlığa böyük önəm verdiyini bildirdi. Azərbaycanın Çin ilə İpək Yolu infrastrukturunun yaradılması və inkişaf etdirilməsində birgə fəaliyyətdə maraqlı olduğunu qeyd etdi. Bildirdi ki, Azərbaycan Çindən Avropaya və əksinə malların daşınmasında mühüm tranzit rolunu oynamağa hazırdır. Bunun üçün ölkəmizdə dəmir yolunun, həmçinin Xəzər hövzəsində ən böyük yeni dəniz limanının inşası və burada azad iqtisadi zonanın yaradılması istiqamətində tədbirlər görülür və Azərbaycan bu işlərdə Çin şirkətlərinin fəal iştirakında maraqlıdır. Dövlətimizin başçısı Çin investisiyalarının iqtisadiyyatımızın müxtəlif sahələrinə yatırılmasının ölkəmiz tərəfindən alqışlandığını bildirdi. Çin şirkətlərinin Azərbaycanın inşaat sektorunda uğurla iştirak etdiklərini deyən Prezident İlham Əliyev ölkələrimiz arasında turizm, mədəniyyət, təhsil, enerji, nəqliyyat, yüksək texnologiyalar, kənd təsərrüfatı, rabitə-kommunikasiya texnologiyaları və digər istiqamətlərdə əməkdaşlığın inkişafı üçün yaxşı potensialın mövcud olduğunu vurğuladı, Çinin iqtisadiyyatın bütün sahələrində əldə etdiyi uğurlar münasibətilə təbriklərini çatdırdı.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaoli vurğuladı ki, Çin Azərbaycan ilə münasibətlərə böyük önəm verir. Qonaq bundan əvvəl Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi - Təhlükəsizlik Şurasının katibi Menq Jianzunun ölkəmizdə olduğunu və həmin səfərin onda böyük məmnunluq doğurduğunu bildirdi. Ölkələrimizin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq strukturlarda birgə qarşılıqlı fəaliyyətinin önəmini qeyd edən Çin nümayəndə heyətinin rəhbəri regional təhlükəsizlik işində də qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğuladı.
"Biz Çin şirkətlərini Azərbaycan iqtisadiyyatına investisiya qoymağa təşviq edəcəyik", - deyən qonaq Çinin Böyük İpək Yolunun bərpasında, eyni zamanda, sənaye istehsalı, neft-qaz sektoru, maşınqayırma, yüksək texnologiyalar, infrastruktur, təhsil, mədəniyyət, turizm və digər sahələrdə Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırdı. O, ölkələrimizin hakim partiyaları arasında əlaqələrin genişləndirilməsinin ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi işinə töhfə verdiyini bildirdi.
Can Qaoli dedi: "Yeni Azərbaycan Partiyasının əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Sizin rəhbərliyinizlə bu partiya Azərbaycanın ümumi inkişafında və tərəqqisində mühüm rol oynayır. Sizin müdrik rəhbərliyinizlə Azərbaycanda gedən inkişaf prosesləri və yürütdüyünüz uğurlu siyasət Azərbaycan xalqının tərəqqisinə xidmət edir".
Can Qaoli bildirdi ki, Çin Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyib və dəstəkləyir.
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin ölkəmiz haqqında dediyi xoş sözlərə görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı ölkələrimizin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq strukturlarda fəal əməkdaşlıq etdiyini bildirdi, Çinin bu təşkilatlarda ölkəmizə verdiyi dəstəyi yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxundu, Ermənistanın təcavüzkarlıq siyasəti və münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesi barədə məlumat verdi. Bildirdi ki, ölkələrimizin bir-birinin ərazi bütövlüyünü dəstəkləməsi mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısı ölkələrimizin hakim partiyaları arasında əməkdaşlığın da əhəmiyyətli olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpini onun üçün münasib vaxtda Azərbaycana rəsmi səfərə dəvət etdi. Dövlətimizin başçısı Çin Xalq Respublikası Sədrinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş etdi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi