Prezidentlərin iyun ayındakı görüşü sual altındadır" - Ekspert

img

01-06-2016 [09:46]


"Azərbaycan və Ermənistan prezidentlərinin iyun ayındakı görüşü sual altındadır".

Mia.az xəbər verir ki, bu sözləri ekspert Elxan Şahinoğlu deyib.

O bildirib ki, ATƏT-in həmsədrləri Qarabağın münaqişəsinin həlli istiqamətində iki ayı boşa xərcləyiblər:

"Çünki müzakirə predmeti yoxdur, 22 ildə nə mümkündürsə, müzakirə olunub, nəticə yoxdur. Xarici işlər nazirlərinin planlaşdırılan görüşü də təxirə salındı.

Belə görünür ki, həmsədrlər münaqişənin "mərhələli həll planı”nı Ermənistan hakimiyyətinə qəbul etdirmək üçün heç bir iş görmürlər. Rusiya, Fransa və ABŞ gözləmə mövqeyindədirlər. Bu dövlətlərin yeganə ortaq dərdləri müharibənin başlanmaması və atəşkəsin qorunmasıdır. Bu iki amili Ermənistan da istəyir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA