Azərbaycanda nazirlərin, komitə sədrlərinin və digər məmurların əmək haqları

img

07-04-2010 [04:51]


"Nazirlərimizin rəsmi maaşları nə qədərdir?" Bu sual çoxlarını düşündürür və maraqlandırır. Redaksiyamıza zəng vuran oxucularımız Azərbaycanın dövlət qurumlarında çalışan rəhbərlərin (nazirlərin, komitə sədrlərinin) maaşlarının nə qədər olmasını soruşurlar. Oxucuların marağını nəzərə alaraq dövlət orqanlarının rəhbər işçilərinin vəzifə maaşları barədə məlumatı diqqətinizə çatdırırıq. Dövlət orqanlarının rəhbər işçilərinin vəzifə maaşlarının məbləği ?Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında? Azərbaycan Respublikası Prezidentinin 348 saylı, 10 avqust 2004-cü il tarixli sərəncamı ilə tənzimlənir. Sərəncama əsasən Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğdədir: Baş nazir - 1925 manat Baş nazirin birinci müavini - 1700 manat Baş nazirin müavini - 1625 manat Nazirlər - 1500 manat Komitə sədrləri - 1500 manat Milli Bankın idarə heyətinin və Dövlət Sosial Müdafiə Fondunun sədri - 1500 manat Mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbəri - 1250 manat Nazirin, Dövlət Komitəsi sədrinin, Milli Bankın idarə heyətinin və Dövlət Sosial Müdafiə Fondunun sədrinin birinci müavini - 1000 manat Nazirin, Dövlət Komitəsi sədrinin, Milli Bankın idarə heyətinin və Dövlət Sosial Müdafiə Fondunun sədrinin müavini, Mərkəzi İcra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbərinin birinci müavini - 875 manat Mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbərinin müavini - 800 manat Şəhər və rayon icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları Bakı şəhəri - 1500 manat Gəncə və Sumqayıt şəhərləri - 875 manat Şəhərlər, rayonlar və şəhər tabeliyində olan rayonlar üzrə: Əhalisi 50 min nəfərdən çox olan rayonlar - 750 manat Əhalisi 50 min nəfərədək olan rayonlar - 600 manat Bundan başqa rəhbər işçilərə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul təminatı verilir. Deməli, Azərbaycanda baş nazirin illik maaşı 23100 manat, nazirlərin maaşları isə 18000 manatdır. ?İqtisadi forum?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA