"Prezidentimizdən bir xahişimiz var ki..." - Kəlbəcərli girovun ailəsindən müraciət

img

31-05-2016 [21:08]


Kəlbəcər rayonunda erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun ailəsi prezident İlham Əliyevə müraciət edib.

Bu barədə girovun oğlu Kürdoğlu Əsgərov bildirib. "Dövlətimiz girovların azadlığa buraxılması üçün əlindən gələni edir. Cənab prezidentimizdən bir xahişimiz var ki, Ermənistan prezidenti ilə növbəti görüşlərində girovların azadlığa buraxılması ilə bağlı məsələni gündəmə gətirsin. Dilqəm Əsgərov və Şahbaz Quliyev öz torpaqlarında girov götürülüblər. Biz ölkə başçısına inanırıq. Əminik ki, prezidentimizin səyi ilə girovlar azadlığa buraxılacaq”,-deyə D.Əsgərovun oğlu vurğulayıb(azvision).

Xatırladaq ki, 2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər.

Qondarma "məhkəmə”nin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA