31-05-2016 [18:28]
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) Mətbuat Qrupunun iclası keçirilib.
İclası açan MSK-nın üzvü Fuad Cavadov bildirib ki, MSK-nın yeni tərkibi təsdiqlənəndən sonra Mətbuat Qrupu da yenidən formalaşır.
F.Cavadov qeyd edib ki, qrupun əsas vəzifəsi mətbuatla iş aparmaq, xüsusən, təşviqat prosesi zamanı meydana gələn bu və ya digər problemlərin həllidir: "MSK aprelin 15-də formalaşandan sonra ilk iclasların birində Mətbuat Qrupu formalaşdı. Qrupun formalaşma prinsipini yəqin ki, bilirsiniz. Üç nəfər MSK üzvü və MSK-nın mətbuat katibi, qalanları isə mətbuat qurumlarının nümayəndələri olur. Bu gün hamı olmasa da, 19 nəfər iclasda iştirak edir. Kvorum var və iclas səlahiyyətlidir”.
F.Cavadov bildirib ki, Mətbuat Qrupu MSK-nın səlahiyyət müddətinə seçilir. Yəni, Mətbuat Qrupuna müəyyən mənada daimi fəaliyyət göstərən qurum kimi də yanaşmaq olar: "Amma seçkilərin təşviqat dövründə daha intensiv fəaliyyət göstərir. Bildiyiniz kimi bir dairədə – 90 saylı dairədə artıq təşviqat prosesi başlayıb, seçki günü yaxınlaşır. Təşviqat prosesində meydana gələn problemlər, anlaşılmazlıqlar, namizədlərin bir-biri ilə münasibətlərindəki gərginliyin mətbuatla bağlı hissəsi bizim qrupda araşdırılacaq”.
Daha sonra F.Cavadov Mətbuat Qrupuna sədrin MSK üzvləri arasından seçilməli olduğunu bildirib: "Biz üç nəfərik. Öz aramızda bu qərar gəlmişik ki, MSK üzvü Qabil Orucovun namizədliyini sizin müzakirənizə təqdim edək”.
Başqa namizəd irəli sürülməyib və Q.Orucovun namizədliyi yekdilliklə qəbul olunub.
F.Cavadov qərarın MSK-nın müzakirəsinə təqdim olunacağını vurğulayıb.
Q.Orucov çıxış edərək ona çox böyük etimad göstərildiyini söyləyib:
"Çalışacam ki, bu etimadı doğruldum. Bilirsiniz ki, Mətbuat Qrupu Seçki Məcəlləsinin tələbinə əsasən yaradılır. Biz əsas etibarilə seçkiqabağı təşviqat prosesində vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar daxil olmuş şikayətlər və həmçinin KİV-də seçkiqabağı təşviqatla bağlı proseslərə nəzarət edən bir qurumuq. Hələlik 90 saylı dairə üzrə Milli Məclisə təyin olunan təkrar seçkilərdə belə bir hal baş verməyib.
Elə bir məlumat və ya şikayət Mətbuat Qrupuna daxil olmayıb. Amma hesab edirəm ki, əgər belə bir hal baş verərsə, biz əvvəlki qaydada toplaşacağıq və buna seçki qanunvericiliyinin və müvafiq təlimatın tələbinə uyğun olaraq öz reaksiyamızı bildirəcəyik. Bundan sonra MSK bu məsələyə hüquqi qiymət verəcək. Hesab edirəm ki, bizim qarşılıqlı əlaqələrimiz işimizin yüksək səviyyədə və qanunvericiliyin tələbləri səviyyəsində qurulmasına böyük yardımçı olacaq”.
Qeyd edək ki, indiyədək qrupa Vəkillər Kollegiyasının sədri, MSK üzvü Azər Tağıyev rəhbərlik edib(Teleqraf.com).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi