31-05-2016 [16:09]
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 31-də NATO-nun mənzil-qərargahında keçirilən Azərbaycan-NATO iclası çərçivəsində təşkilatın ali orqanı olan Şimali Atlantika Şurasında çıxış edib.
Mia.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, E.Məmmədyarov Azərbaycan və NATO üzv dövlətləri arasında Sülh naminə Tərəfdaşlıq üzrə Çərçivə Sənədi və Avro-Atlantika Tərəfdaşlıq Şurasının Əsas Sənədi əsasında siyasi və hərbi əməkdaşlığın inkişaf etdiyini qeyd edərək, Azərbaycanın fəal surətdə NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Proqramı, Planlaşdırma və Təhlil Prosesi və Əməliyyat İmkanları Konsepsiyası kimi proqramlarında iştirak etdiyini qeyd edib. NATO ilə əməkdaşlığın ölkəmizin hərbi və təhlükəsizlik qüvvələrinin islahatı və NATO ölkələrinin silahlı qüvvələri ilə operativ uzlaşmanın güclənməsində mühüm rol oynadığını deyən E.Məmmədyarov Azərbaycan zabitlərinin bu gün Alyansın qərargahlarında da xidmət etdiyini bildirib.
Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə töhfə vermək üçün NATO ölkələri ilə birlikdə Kosovo əməliyyatına (KFOR) və Əfqanıstanda İSAF və Qətiyyətli Dəstək missiyalarına töhfə verdiyini qeyd edən nazir Azərbaycanın Əfqanıstanla ikitərəfli əsasda da əlaqələrinin inkişafı barədə məlumat verib.
E.Məmmədyarov bir çox NATO üzv dövlətləri ilə birlikdə Azərbaycanın TANAP və TAP qaz kəməri layihələrini icra etdiyini qeyd edərək NATO-da Azərbaycanın sədrlik etdiyi işçi qrupu çərçivəsində xüsusi əhəmiyyətli infrastrukturun qorunmasına dair müntəzəm seminarların praktiki əhəmiyyətini vurğulayıb.
Cənubi Qafqaz regionundakı vəziyyətdən danışan XİN rəhbəri əlavə edib ki, 20 ildən artıq dövr ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri pozulub, 20 faiz əraziləri Ermənistanın qanunsuz işğalı altındadır və işğal olunmuş ərazilərdə bir milyondan artıq soydaşımız qanlı etnik təmizləməyə məruz qalıb.
Ermənistanın təhriki və təxribatı ilə cəbhə xəttində baş vermiş son gərginlik barədə ətraflı məlumat verən E.Məmmədyarov işğal faktına əsaslanan status-kvonun gərginlik mənbəyi olmaqda davam etdiyini vurğulayıb. ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonu etibarsız, qeyri-davamlı və qəbuledilməz hesab etdiyini deyən nazir status-kvonun dəyişdirilməsi üçün işğal faktına son qoyulmalı və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb: "16 may tarixində Vyanada ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirildi, iyunda status-kvonu dəyişmək üçün əhəmiyyətli irəliləyiş əldə etmək məqsədilə başqa bir görüşün keçiriləcəyini gözləyirik".
Ermənistanın Azərbaycanı "çirkli bombalar" ilə hədələməsi, kütləvi qırğın silahlarının yayılmamasına dair beynəlxalq konvensiyalar əsasında üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi barədə məlumat verən E.Məmmədyarov rəsmi Yerevanın danışıqlar prosesinə yenə də xələl vurmaq siyasəti yürütdüyünü bildirib.
O, Ermənistanın BMT Nizamnaməsi və Helsinki Yekun Aktına uyğun olaraq, digər dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət etmək və ona qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinmək kimi öhdəliklər götürdüyünü xatırladaraq, Ermənistandan məhz buna əməl etməyi və beynəlxalq ictimaiyyətdən də bunu tələb etməyi gözlədiyimizi vurğulayıb.
Nazir NATO-nun öz zirvə toplantılarının yekun bəyanatlarda bu məsələyə münasibətdə ifadə olunan qəti və ardıcıl mövqeyin yüksək qiymətləndirildiyini deyib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi