31-05-2016 [12:50]
"Bu gün bank müştəri münasibətlərində qəribə bir mənzərə yaranıb. Banklar sanki özlərinin fəaliyyətinin kökündə nəyin və kimin dayandığını unudublar. Başa düşmək istəmirlər ki, onların fəaliyyəti bilavasitə müştərinin mövcudluğundan asılıdır. Bu səbəbdən müştərinin inamını öldürmək, özü oturduğu ağacın budağını kəsmək qədər təhlükəlidir".
Mia.az xəbər verir ki, bunu keçmiş maliyyə naziri Fikrət Yusifov deyib.
Onun sözlərinə görə, bankların illərdir apardığı yanlış siyasətin nəticəsidir ki, bu gün həm onlar özləri və həm də onların müştəriləri xarici valyutada verilmiş milyardlarla manat kreditlərin girovuna çevriliblər:
"Manatın iki kəskin devalvasiyasından sonra bu kreditləri ödəməkdə aciz qalmış müştəriyə, "krediti də, onun faizini də, ödəməlisən, gecikməyə yol verərsənsə hələ sənə cərimə də hesablanacaq” kimi bir yanaşım heç bir ölçüyə sığışmır. Banklar yaranmış vəziyyətdən maksimum az itki ilə çıxmaq xatirinə müştərilərə qarşı amansiz mübarizə yolu seçiblər. Bu itki əslində onları ziyana aparan itki deyil. Onlar sadəcə olaraq nə yolla olur olsun kreditləri verdikləri zaman nəzərdə tutduqları mənfəəti əldə etməyə çalışırlar. Bir sözlə, yaranmış durumda müştərilərə real ola biləcək güzəştlər barəsində düşünmək belə istəmirlər. Əvəzində xarici valyutada aldıqları kreditləri ödəmək üçün manat yükü iki dəfə artmış müştəridən maksimum yararlanmaq yolunu seçiblər. Bu isə yaralanıb xeyli qan itirmiş bir insana yardım etmək əvəzinə, onun damarlarından faiz və cərimə adı altında əlavə qan almağa bənzəyir. Bankın öz müştərisini bu qaydada ayaqlaması ola bilsin ki, ona bu gün müəyyən mənfəət gətirəcək, ancaq sabahı düşünmək gərəkdir. Müştərinin inamını sındırmaq asandır, lakin onu bərpa etmək çətin və uzun bir prossesdir. Bankların müştərilərlə sərgilədiyi bu münasibət artıq cəmiyyətdə hər kəsə bəllidir".
Bəs, bu vəziyyəti hansı qurumlar nizamlamağa borcludurlar?
Sabiq nazir deyir ki, yaranmış vəziyyətin tənzimlənməsi üçün öncə Mərkəzi Bank, sonradan isə Maliyyə Bazarlarına Nəzarət Palatası tam səriştəsizlik nümayiş etdirib:
"Bu iki qurumun rəhbərliyi dayanıb gözləyirlər ki, onların yerinə bu məsələni ölkə Prezidenti həll edəcəkdir. Cənablar Prezidentin qayğıları kifayət qədərdir. O, bu gün bizim üçün Qarabağ kimi yaralı bir məsələmizin həlli ilə məşğuldur. Xarici valyutada olan kreditlərin məzənnə fərqi problemini isə yanlış pul-kredit siyasəti aparıb vətəndaşlara bu kreditlərin zorla xarici valyutada verilməsinə şərait yaratmış, etdikləri yanlışlıqlara rəğmən cəmiyyətdə nüfuzunu tam itirmiş Mərkəzi Bankın rəhbərliyi və bu günlərdə yetərincə səlahiyyətlər alıb, lakin onları istifadə etməkdə acizlik nümayiş etdirən Nəzarət Palatasının rəhbərliyi həll etməlidir. Bu problemin həllinə bu gün üz çevirməyən və bunun qarşılığında "özəl bir qurumun işinə heç kim müdaxilə edə bilməz” kimi primitiv bir düşüncə tərzi sərgiləyən banklara münasibətdə isə bir başqa yanaşma olmalıdır".
Sabiq nazir bildirir ki, "ipə-sapa” yatmayan bu bankları müştərilərə seçim qoymayaraq kreditləri zorla xarici valyutada götürməyə məcbur etdikləri üçün məhkəməyə vermək lazımdır:
"Məhkəmələr isə Konstitusiyanın tələblərini pozaraq müştərinin manatla kredit almaq istəyinin əvəzində ona krediti yalnız xarici valyutada verən bankların rəhbərlikləri və onların aidiyyatı işçiləri barəsində lazımı ölçü götürməlidirlər. Bax onda banklar başa düşəcəklər ki, onlar dövlət içində dövlət ola bilməzlər! Bu dövlətin vətəndaşlarına qarşı belə haqsızlıq etmək olmaz! Bu dövlət onların dəstəkçisidir və o bunun belə olduğunu dəfələrlə sübut edib. Nəhayət, banklar başa düşəcək ki, onlara çətin məqamlarda yardımçı olan dövlət, öz vətəndaşlarına bundan artıq yardımçıdır. O indi sadəcə olaraq, hələ ki, bankların davranışını müşahidə edir...".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi