ilham Əliyevin Estoniyaya rəsmi səfəri çərçivəsində görüzlər bazlayıb

img

07-04-2010 [02:41]


Aprelin 7-də Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin Tallinndə Kardiorqdakı Prezident sarayında rəsmi qarşılanma mərasimi olub. Estoniya Prezidenti Toomas Hendrik İlves və xanımı Evelin İlves Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşılayıbar. Estoniyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Estoniya Prezidenti Toomas Hendrik İlvesə təqdim olunub. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Estoniya Prezidenti sarayının Fəxri qonaqlar kitabına ürək sözlərini yazıblar. Hazırda İlham Əliyevlə həmkarı Toomas Hendrik İlves arasında görüş keçirilir. Kadriorq sarayında başlayan təkbətək görüş sonra geniş tərkibdə davam etdiriləcək. Görüşün yekunu olaraq prezidentlər arasında bəyannamə, müxtəlif nazirliklər arasında isə 3 sənədin imzalanması gözlənilir. Aprelin 8-dək davam edəcək səfər çərçivəsində prezident İ. Əliyev Estoniyanın baş naziri Andrus Ansip, Tallin meri Edqar Savisaarla da görüşəcək. Prezident İKT Demokeskus müəssisində olacaq, XİN-də mühazirə oxuyacaq, ?Azadlıq? abidəsinin önünə əklil qoyacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA