31-05-2016 [10:39]
Məlum olduğu kimi, dünən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı oldu. Ölkə başçısının şəxsən özünün həmin əzəmətli binanın açılışında iştirak etməsi məni bir vətəndaş olaraq çox qürurlandırdı.
Çünki Vətənimizin ən ümdə brendi olan SOCAR-a məhz belə əzəmət yaraşırdı. Binanın açılışında Rövnəq müəllimin yanında şirkət rəsmiləri də gözə dəyirdi. Məni daha çox bir nəfər maraqlandırırdı – Bədəl Bədəlov. Sual oluna bilər : "Niyə məhz o”. Çünki, deyilənə görə, mən onun orbitinə yenicə düşmüşəm və şəxsimə qarşı olduqca qəzəblidir. Mən belə zənn edirdim.
Bu gün gördüm ki, həmin adam ölkə başçısının bir addımlığında dayanmaq səlahiyyətində olan şirkətin önəmli fiqurlarından biridir. Açılışdan çəkilən və KİV-lərdə dərc edilən bəzi şəkilləri bir neçə nəfərə göndərib, Bədəl Bədəlovun şəkildəki hansı adam olduğu ilə maraqlandım. Gördüm ki, bütün cavablar üst-üstə düşür. Hamı eyni adamı göstərdi. Bir anlıq özüm-öz gözümdə bilmədim haralara ucaldım… Amma fikirləşdim ki, bir neçə gün ərzində məni bu kişinin adı ilə yaxşıca aldadıblar. İki ali təhsili olan bir adam kimi mənim məntiqim bunu diqtə etmiş oldu ki, belə böyük işlər və milyardlıq layihələrlə məşğul olan bir adamın mənim daxmamla nə işi ola bilər?
Keçim mətləbə. Mən, hazırda çox ağır bir vəziyyətdəyəm. Ailədə olan ciddi problemlərlə əlaqədar olaraq bütün yaxın qohumlarımızın evləri satılmalı oldu. Onlardan biri də mənəm. Borc- xərclə gəlib Keşlə qəsəbəsində güc-bəla bir sot torpaq ala bildim ki, ev tikib bir neçə ailəni müvəqqəti olsa da, ora sığındırım. Mənim tikdiyim evə yaxın bir hündür hasar var. Maraqlandım, dedilər ki, özəlləşmiş bir ərazidi, yiyəsi də, barəsində bir az əvvəl bəhs etdiyim Bədəl Bədəlovdur. Evi bir az qaldırmışdım ki, birdən özlərini SOCAR-ın mühafizəçiləri kimi təqdim edən bir neçə nəfər gəlib tikintini dayandırmağı tələb etdilər. Sonra arada al-ver başladı.![]()
Həmin tələbləri yerinə yetirmək gücündə olmadığım səbəbindən söhbətimiz alınmadı. Vəziyyətin belə olduğunu gördükdə, həmin adamlar başladılar birmənalı şəkildə Bədəl Bədəlovun adını hallandırmağa ki, o, icazə vermir. Qeyd edim ki, həmin hasarın dörd bir tərəfi hündür evlərlə doludur. Mən gedib həmin ərazini mühafizə edən aşağı rütbəli əməkdaşlarla söhbət də etmişəm. Deyiblər ki, mənim evimə yaxın olan ərazinin SOCAR-a heç bir aidiyyəti yoxdur.
Ora tam özəlləşib. İstənilən halda mənim evimin həmin tərəfə heç bir maneçiliyi ola bilməz. Heç həmin tərəfə pəncərə belə qoymamışam. Bir aydır ki, qalmışıq küçələrdə. Deyillər ki, bir daşı-daşımn üstünə qoysanız Bədəl müəllim evi yerlə yeksan etdirəcək. Hər gün belə xəbərdarlıq alıram. İndi qalmışam çıxılmaz vəziyyətdə. Axı, mən Bədəl Bədəlovu hardan tapım ki, onun qəbuluna düşüb dərdimi ona anladım? Bu səbəbdən də, qərara gəldim ki, ona KİV vasitəsilə müraciət edim.
Əminəm ki, onun adından kimlərsə sui-istifadə edirlər. İnternetdə onun adı ilə axtarış verdim. Maraqlıdır ki, bu cür yüksək postu tutan adamın adı demək olar heç bir neqtivliklərdə hallanmır. Ona görə də, inandım ki, belə adam ev yıxan( sökən) ola bilməz .
Bu günkü açılışdan sonra əmin oldum ki, onun belə xırda işlərlə maraqlanmağa heç vaxtı da yetməz. Onu da qeyd edim ki, Bədəl müəllim "Vorovski” deyilən məhəllədə mənim qohumlarımın qonşuluğunda yaşayır. Sağlığına qismət olsun, əzəmətli bir evi var. Görəsən, həmin evi tikəndə Bədəl müəllimə hansısa qüdrət sahibinin adı ilə mənə göstərilən təzyiqləri etsəydilər hansı hissləri keçirərdi? Əminəm ki, bu yazını Bədəl müəllim oxuyacaq və onun adı ilə mənə edilən təzyiqə tam aydınlıq gətrmiş olacaq. Şübhə etmirəm ki, Bədəl müəllim bir neçə ailənin iztirabına son qoyacaq və biz də kirayələrdən evimizə yığışacayıq…
M. MİRZƏYEV,
Azinforum.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi