“Azərsu”da gözlənilməz dəyişiklik: Yeni departament yaradıldı, təyinat oldu

img

30-05-2016 [17:15]


"Azərsu" Açıq Səhmdar Cəmiyyətində struktur dəyişikliyi aparılıb.

Mia.az xəbər verir ki, dəyişikliyə əsasən, ASC-də "Müştəri Xidmətləri Departamenti" yaradılıb.

Yeni departamentin tabeliyinə isə 5 əsas şöbə verilib: "Bundan sonra "Satışın və Ödənişin Təşkili Şöbəsi", "Analitik Təhlil Şöbəsi", "Müştərilərlə İşin Təşkili Şöbəsi", "Abonent İnformasiya Sistemlərinin tətbiqi və İcrasına nəzarət Şöbəsi" və "Suölçən Cihazların Quraşdırılması və İstismarına Nəzarət Şöbəsi" yeni yaradılan departamentin tərkibində fəaliyyət göstərəcək".

Məlumata görə, bu departament əvvəllər mövcud olub. Lakin sonradan ləğv olunaraq şöbə səviyyəsinə endirilib. Həmin şöbəyə isə Rafiq İlyasov rəhbərlik edib. Lakin bir müddət əvvəl Rafiq İlyasov başqa vəzifəyə keçirilib. Onun yerinə isə əslən Şahbuz rayonundan olan Nizami rayon Su-Kanal İdarəsinin rəisi Rövşən Kazımov gətirilib. Təxminən 15 gün əvvəl isə həmin şöbə ləğv olunaraq, geniş səlahiyyətli departamentə çevrilib: "Ötən həftə isə həmin departamentə də Rövşən Kazımov rəis təyin edilib...".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA