30-05-2016 [16:12]
Mayın 26-dan etibarən 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə iştirak edən deputatlığa namizədlərin rəsmi təbliğat kampaniyasına start verilib.
Mərkəzi Seçki Komissiyası 90 saylı DSK-dan parlamentə keçiriləcək təkrar seçkilərdə yeddi nəfərin namizədliyini qeydə alıb. Əsas mübarizə iki nəfərin – hakim YAP-ın namizədi Cavid Osmanov və müxalifətçi, Ümid Partiyasının sədri İqbal Ağazadə arasında gedəcək.
Maraqlıdır ki, İqbal Ağazadə indidən seçkilərdə iştirakına hər vəchlə maneçiliklərin törədildiyi barədə bəyanatlar verməkdədir. Və bu maneçiliklər və seçki prosesindəki qanunsuzluqlar barəsində MSK-ya bir neçə şikayət məktubu ünvanlayıb.
Ümid Partiyasından verilən məlumata görə, 90 saylı seçki dairəsinin seçiciləri İ. Ağazadəni rayonda yumurta "atəşi” ilə qarşılayıblar. Bununla kifayətlənməyən seçicilər guya bunların üzərinə lom, bel və digər əşyalarla hücum edərək rayondan qovmaq istəyiblər.
Mia.az xəbər verir ki, baş vermiş olayla bağlı Gununsesi.info-ya açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, bu təxribat YAP-dan olan namizəd Cavid Osmanov və Ağdaş rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidartəetmə orqanları üzrə iş şöbəsinin müdiri Əsgərxan Həsənov tərəfindən hazırlanıb.
Məqsəd də ondan ibarət olub ki, guya seçicilər bizi qəbul etmir və öz etirazlarını bu yolla bildirirlər. "Ancaq sevindirici haldır ki, bizim müdaxiləmiz olmadan seçicilər özləri bu təxribatçı qrupun qarşısına çıxaraq onların layiqli cavabını verdilər. Hətta vəziyyət tərəflər arasında qarşıdurma səviyyəsinə çatdı. Bizim müdaxiləmiz nəticəsində ara sakitləşdi. Bundan sonra təxribatçı qrup geri çəkilməli oldu”, – deyə İ.Ağazadə vurğulayıb.
Partiya rəhbəri onu da əlavə edib ki, Əsgərxan Həsənov İcra başçısının müavini olmaq üçün belə canfəşanlıq edir: "Belə ki, Cavid Osmanov deputat seçiləcəyi təqdirdə birinci müavin postu boşalır və Ə.Həsənova yol açılır. O da bu fürsətdən yararlanmağa çalışır. Ona görə də belə canfəşanlıq edir. Bunu sonra da təxribatçı qrupun bir neçə nümayəndəsi açıqcasına etiraf ediblər ki, onları məhz Əsgərxan Həsənov göndərib”.
Ancaq İ.Ağazadənin bu ittihamlarına hakim patiyanın da cavabı gecikməyib.
YAP-ın şöbə müdiri, millət vəkili Aydın Mirzəzadə bildirib ki, İqbal Ağazadə özünün proqramını irəli sürmək, seçiləcəyi təqdirdə görüləcəyi işlər barədə danışmaq əvəzinə, diqqəti başqa məsələyə yönəldir: "Təəssüf ki, o kampaniyasını ona qarşı olan təqiblər üzərində qurmaq istəyir. Özünün bir yazıq, döyülən, əzilən obrazını yaratmağa çalışır. Siyasətçi öz proqramını irəli sürməlidir və görəcəyi işləri ilə seçiciləri məlumatlandırmalıdır. İqbal Ağazadə Ağdaş seçki dairəsində seçki prosesinə qoşulduğu vaxtdan indiyə qədər bütün informasiyaları guya ona qarşı təqiblərlə bağlıdır.
Bildirmək istəyirəm ki, İqbal Ağazadə YAP üçün ciddi bir rəqib deyil”.
A.Mirzəzadə onu da əlavə edib ki, YAP-ın 90 saylı Ağdaş seçki dairəsində irəli sürülmüş namizədi partiyanın Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov kifayət qədər təcrübəli, rayonda tanınan, partiya təşkilatının nüfuzunu qaldırmasında xidməti olan bir şəxsdir. "Onun seçiləcəyinə biz əminik. Onun təbliğatı da Seçki Məcəlləsinə uyğun olaraq aparılır. Biz İqbal Ağazadəni, nə də digərlərini öz namizədimizə ciddi və problem yaradacaq bir rəqib kimi görmürük. İqbal Ağazadənin belə hərəkət etməsi gələcəkdə öz məğlubiyyətini ört-basdır etmək məqsədi daşıyır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi