Səhiyyə naziri təcili Siyəzənə getdi

img

30-05-2016 [11:31]


Səhiyyə naziri Oqtay Şirəliyev tələbə və müəllimləri daşıyan avtobus qəzası ilə bağlı Siyəzən rayonuna gedib.
"Report"un yerli bürosunun müxbiri xəbər verir ki, nazir hazırda Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzindədir.
Mərkəzin baş həkimi Dadaş Hümbətov nazirə xəstələrin vəziyyəti barədə son məlumatları verib.
Nazirlə birgə rayona Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının maşınları da gəlib. Xəstələrin Bakıya aparılması gözlənilir.
Qeyd edək ki, dünən Xızı rayonunun Altıağac qəsəbəsində Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin tələbə-müəllim heyətini daşıyan avtobus qəzaya uğrayıb. Qəza nəticəsində 3 nəfər ölüb, 21-i yaralanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA