Ermənistanda əsirlikdə olan Azərbaycan Ordusunun əsgəri geri qaytarıldı

img

07-04-2010 [01:22]


Ermənistan azərbaycanlı hərbi əsiri - Rafiq Rəhman oğlu Həsənovu bu gün geri qaytarıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonunun Kəmərli kəndində əsir götürülən Rafiq Həsənov bu gün saat 12:00-da Azərbaycan tərəfinə qaytarılıb. Bu, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı danışıqlar nəticəsində mümkün olub. Proses Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Naxçıvan Muxtar Respublikası Sədərək rayonu ərazisində həyata keçirilib. Qeyd edək ki, hazırda Ermənistanda daha iki azərbaycanlı əsir-2009-cu il mayın 10-da cəbhənin Füzuli istiqamətində əsir götürülmüş əsgər Anar Hacıyev və 2009-cu ilin dekabrında Tovuz rayonunda girov götürülmüş Eldar Tağıyev saxlanılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA