"Azəriqaz" "sökülür": - Birliyin qalan səlahiyyətləri də bu qurumlar arasında bölünəcək - SİYAHI

img

29-05-2016 [22:48]


Xəbər verdiyimiz kimi, ötən həftə Baş nazir Artir Rəsi-zadənin imzaladığı qərara əsasən, "Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətlərinin bir qismi Fövqəladə Hallar Nazirliyi (FHN) və Energetika Nazirliyi (EN) arasında bölüşdürülüb.

Qeyd edək ki, xəbərdə Birliyin Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin 01.05.2016-cı il tarixdən FHN-nin tabeliyinə verilməsi göstərilib.

Mia.az xəbər verir ki, əslində "Azəriqaz"ın Qaz İstismarı idarələrində fəaliyyət göstərən Təmir bərpa xidmətinin tabeliyində olan 104 telefon xidməti, eləcə də Regional qaz istismarı idarəsində şöbə kimi fəaliyyət göstərən Texniki istismar xidmətləri FNH-nin nəzarətinə veriləcək:

"Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin tabeliyinə isə Regional qaz istismarı idarələrində fəaliyyət göstərən İstehlakçılara satılan qaza nəzarət şöbəsi və texniki nəzarət şöbəsi nazirliyin tabeliyinə veriləcək".

Məlumatda o da bildirilir ki, yaxın gələcəkdə Sayğacların Qəbulu və İstismarı Xidməti və Smart Tipli Saygacın Tətbiqi  və Nəzarəti Şöbəsi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, Layihə-smeta və Ekspertiza, Yeni Qazlaşma və İnkişaf, Qaz Təsərrüfatı obyektlərinin qazlaşdırılması üzrə Layihə, Yaşayış Məntəqələrinin Qazlaşdırılması üzrə Şöbələrinin isə "Asan xidmət”in sərəncamına verilməsi gözlənilir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA