29-05-2016 [22:13]
Ötən il ölkə başçısının göstərişi ilə Səbail rayonu, ''Dostluq” parkı adlanan ərazidəki dəbdəbəli villalar söküldü. Proses uzun müddət mətbuatda müzakirə olundu.
Xatırlayırsınızsa, Bakı meri Hacıbala Abutalıbovun təşəbbüsü ilə, musiqi sədaları altın da park ərazisindəki onlarla villa uçuruldu. Söküntü aparılan yer yaşıllıq salınacağı bildirildi.
Mia.az xəbər verir ki, musavat.com-un müxbiri aparılan yaşıllaşdırma işləri və söküntüdən sonrakı vəziyyəti öyrənmək üçün "Dostluq” parkına baş çəkib.
Dəbdəbəli villaların sökülməsindən 1 ildən çox vaxt keçsə də, vəd edilən yaşıllığa rast gəlmədik, "Dostluq” parkı bərbad vəziyyətdə idi.
Söküntü işlərinin pərakəndə aparılması ətrafı xarabalığa çevirib. Söküntü qalıqları ərazidən təmizlənmədiyindən hər tərəf toz-torpaq içindədir. Fürsətsətdən istifadə edən sakinlər isə ərazinu zibilliyə çevrilib. Hündür hasarları buldozerlə vurub aşırıblar, qalıqlar ətrafa səpələnib. Külək əsdikdə isə həmin toz-torpaq ətrafda yaşayan sakinlərin həyətlərinə dolur.
Bakı merinin əkdiyi ağaclar isə susuzluqdan saralıb. Külli miqdarda vəsait hesabına başa gələn yaşıllıqlar indi baxımsızlıqdan quruyur. Bəzi villalar sökülsə də,"Dostluq” parkının girişində xeyli sayda dəbdəbəli villa hələ də qalmaqdadır.
Görünür, Hacıbala Abutalıbovun söküntü zamanı səsləndirdiyi musiqi canlı musiqinin sədası hələ həmin villa sahiblərinin qulağına çatmayıb. Yoxsa, "Dostluq” parkındakı villada sakit yaşamaq kimin həddinə...
Diqqətimizi çəkən məqamlardan biri də o oldu ki, magistral yolun kənarındakı villalardan birində açıq- aşkar tikinti işləri aparılır, villa sahibi Hacıbala Abutalıbovun sökdürdüyü hasarını yenidən bərpa edir. 2-3 metr hündürlüyündə betondan hasar tikdirir. Uzaqdan olsa da, işləyən usta və fəhlələri görüntüləyə bildik.
Parkın ətrafında yaşayan sakinlərlə də həmsöhbət olduq.
Adının çəkilməsini istəməyən şəxs söküntü zamanı parkın ərazisini zəbt edən bir neçə villanın saxlanıldığını bildirdi: "Bu ətrafda yaşayanlar hamısı milyonerlərdi. Kasıb adam burada yaşamır. Kimin adamı varsa onun villasını sökmədilər. Qalanlarını isə sökdülər. Vaxtı ilə buraları özləri camaata satdılar, hamı aldı. Sonra da gəlib sökdülər. Camaat pulunu verib, torpaq aldı. Diqqət etsəniz xeyli villalar qalıb. Yuxarı tərəflərə getsəniz, milyonlara başa gələn villaları görə bilərsiniz ki, onlar həmin prosesdə sökülməkdən xilas oldular. Ona görə ki,hamısı vəzifəli adamlardı. Görünür, onlara Bakı merinin də gücü çatmadı. Onsuz da bu parkdan əsər-əlamət qalmayıb. Yaşıllıqları məhv eləyib, sotunu yüksək qiymətə varlılara satdılar”.














Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi