“Azercell”dən “Karyera günləri”: - Tələbələrlə görüşlər davam edir

img

28-05-2016 [14:37]


"Azercell Telecom” MMC-nin əməkdaşları "Karyera günləri” çərçivəsində tələbələrlə görüşlərini davam etdirirlər. Şirkət nümayəndələri bu dəfə "Karyerada ilk addım” devizi altında Azərbaycan Universitetində keçirilən tədbirdə iştirak ediblər.

"Azercell”dən bildirilib ki, şirkət nümayəndələri tələbələrə, ilk növbədə, "Azercell”də mövcud tələbə proqramları, o cümlədən "Yay təcrübə proqramı” haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, bu proqrama artıq 200-dən çox müraciət daxil olub. Müraciətlərin qəbulundan sonra seçim mərhələsi başlayacaq. "Azercell” nümayəndələri mərhələlərlə seçilən gənclərin 3 ay müddətində şirkətdə təcrübə keçmək imkanı qazanacaqlar.

Qeyd edək ki, bu proqram çərçivəsində "Azercell”də təcrübə keçmək imkanı tələbələrə universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək şansı yaradır. Bundan əlavə, tələbələr telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrdə iştirak edirlər. Bu proqram gənclərin gələcək karyera inkişafına da yardımçı olur.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət etmək olar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA