27-05-2016 [18:24]
Ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generallarının vəkili barəsində yazılanlardan danışıb.
MTN-nin hazırda həbsdə olan generalları Akif Çovdarov və Teymur Quliyevin vəkili Arif Rəsulov onlardan birinə mobil telefon vermək istəyərkən saxlanılması və barəsində cinayət işi açılması barədə musavat.com-a açıqlama verib.
Vəkil A.Rəsulov barəsində yazılanların doğru olmadığını deyib: "Cinayət işi kimin barəsində açılırsa, həmin şəxs çağırılır və ifadəsi alınır. Sonra məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilir və ona qarşı ittiham elan edilir. Bəs necə cinayət işi açılıb ki, mənim xəbərim yoxdur?”.
Vəkil 15 gün əvvəl Bakı Istintaq Təcridxanasında olarkən üzərində mobil telefonun tapılması xəbərini təsdiqləyib. Lakin vəkil bunun səbəbini unutqanlıqla izah edib: "Həmin gün istintaq hərəkəti ilə bağlı müstəntiq tərəfindən dəvət olunmuşam. Telefon isə üstümdə olub. Bunun da səbəbi unutqanlıq olub. 20 ildir işlətdiyim nömrəmdir. Mən axmaq deyiləm ki, aparıb həmin nömrəm olan telefonu məhkuma verim. Həmin zaman mən heç məhkumu görməmişdim. Gözləyirdim ki, məhkumu gətirəcəklər”.
Xatırladaq ki, Bakı Istintaq Təcridxanasında MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyevlə görüş zamanı vəkil Arif Rəsulovun üzərinə baxış keçirilərkən onda mobil telefon aşkarlanması ilə bağlı məlumat yayılmışdı. Həmçinin vəkil barəsində Cinayət Məcəlləsinin 317-1.2-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi, eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlandığı qeyd olunurdu.
Lakin 13 saylı hüquq məsləhətxanasının rəhbəri olan vəkil A.Rəsulov barəsində yazılanların həqiqət olmadığını deyir: "Mən hər gün həbsxanalara ayaq basıram. Uşaq deyiləm ki, cibimdə telefonla gedim. Telefonun üstümdə qalmasının səbəbini də izah etdim”.
Mətbuatda A.Rəsulovun Vəkillər Kollegiyasının sədri Azər Tağıyevin yaxın adamı olması haqda da məlumatlar yer alır. Vəkil "Mahmudov-Çovdarov” qruplaşması ilə əlaqəsinin olması haqda yazılanların da yalan olduğunu qeyd edib.

Tanınmış hüquqşünas Müzəffər Baxışov isə "Azadlıq”a açıqlamasında Arif Rəsulovun özünün yalan danışdığını deyib.
Müzəffər Baxışov bildirib ki, vəkilin telefonu unudaraq təcridxanaya keçirməsi mümkün deyil: "Təcridxananın qapısında əsgərlər dayanır və onların vəkillərə ilk xəbərdarlığı telefonla bağlı olur. Digər tərəfdən Arif Rəsulov deyir ki, o həmin telefonu 20 ildir işlədir. O zaman necə olub ki, 20 il işlətdiyi telefonu unudub. Mən sizi əmin edirəm ki, o yalan danışır. Böyük ehtimalla təcridxana rəhbərliyində Arif Rəsulovla bağlı əməliyyat məlumatı olub və o, axtarış nəticəsində ifşa edilib. Bu Arif Rəsulovla bağlı birinci hal deyil.
Qeyd edim ki, Arif Rəsulov Vəkillər Kollegiyasının intizam komissiyasının sədridir, həmçinin kollegiyanın sədri Azər Tağıyevin agenti kimi tanınır. Məhz onun əlilə kollegiya üzvü ləyaqətli vəkillər ləkələnir. Mənim də kollegiyadan çıxarılmağımda onun rolu olub. Arif Rəsulov iddia edirdi ki, guya mən moderator.az saytına müsahibəmdə bir vəkil kimi Ali Məhkəmənin sədri Ramiz Rzayevi ittiham etmişəm. Lakin mən bu fikirləri müstəqil hüquqşünas kimi səsləndirmişəm və bir daha deyirəm ki, Ramiz Rzayev korrupsiya ilə məşğuldur.
Mətubatda gedən məlumatlara görə, Azər Tağıyevin ləğs olunmuş MTN-in keçmiş rəhbərliyi ilə sıcaq münasibətləri olub. Hətta indi də Eldar Mahmudovla əlaqələrinin olduğu bildirilir. Yəqin ki, onlardan gələn sifarişləri Arif Rəsulov vasitəsilə icra edirmiş. Mən Arif Rəsulov barədə 317-1.2-ci maddə ilə cinayət işi başlanmasını müstəb hal sayıram. Əminəm ki, araşdırma aparılacağı təqdirdə onun başqa cinayət xarakterli əməlləri də üzə çıxacaq.
Sonda buradan Arif Rəsulova müraciət edirəm: Arif Rəsulov, heç 40 gün keçməmiş Allah mənə qarşı etdiyin sifarişli, qərəzli hərəkətlərinin cəzasını verdi. Sən ifşa olundun. Sənin qanunsuz hərəkətlərin nə vaxtsa qarşına çıxmalıydı və çıxdı. Allah sənin cəzanı daha sərt edəcək, sən buna layiqsən”.
Aznews.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi