27-05-2016 [17:04]
Bu gün Nərimanov Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı və Ailə, Qadın və Uşaq Problemlri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Respublika Gününə həsr olunmuş tədbir keçirilib.
Mia.az xəbər verir ki, rayon rəhbərliyi, YAP rayon təşkilatı üzvləri, Dövlət Komitəsinin əməkdaşları, ictimaiyyətin nümayəndələri, fəal gənclər, ziyalılar və gənc ailələrin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova tariximizə nəzər salaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranma şəraitindən, 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən söz açıb, Cümhuriyyətin yaradılmasını tarixi hadisə kimi səciyyələndirib.
İ.Mahmudova cümhuriyyətin müstəqilliyinin çox qısamüddətli olduğunu qeyd edərək, bu iki il ərzində böyük işlərin görüldüyünü, müstəqil dövlət quruculuğunda qazandığı nailiyyətləri, mühüm dövlət strukturlarının və atributlarının yaradıldığını diqqətə çatdırıb.
Azərbaycanın 1991-ci ildə bərpa etdiyi müstəqilliyinin ilk illərinin çətin keçdiyini, həmin dövrdə hökm sürən anarxiya, xaos, hakimiyyətsizlik və özbaşınalığın ölkəmiz üçün böyük təhlükə olduğunu xatırladan natiq, yalnız 1993-cü ildə mərhum prezident Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısının alındığını, respublikada sabitliyin yarandığını, inkişaf dövrünün başlandığını, dövlətçiliyimizin əsaslarının formalaşdırıldığını və ümumi inkişaf strategiyasının müəyyənləşdirildiyini deyərək, hazırda bu müdrik siyasətin Ulu Öndərin ən layiqli davamçısı prezident İlham Əliyev tərəfindən ölkə həyatının bütün sahələrində uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova bugünkü müstəqil Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu qeyd edərək, müstəqilliyimizin əldə olunmasının heç də asan olmadığını, onun qazanılması və qorunub saxlanılması naminə minlərlə qəhrəman Vətən övladlarının canlarından keçərək müqəddəs şəhidlik zirvəsinə ucaldığını vurğulayıb.
Daha sonra çıxış edən AQUPDK sədrinin müavini Aynur Sofiyeva ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərlərinin daim yüksək olmasının vacibliyinə toxunaraq, tədbirin tarixi Azərbaycan ailəsi modelinin inkişaf tendensiyası və ailə ənənələrinin qorunması, milli-mənəvi dəyərlərimizin təbliği, gənc nəslə vətən, millətə sevgi hisslərinin aşılanması, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi cəhətdən də önəmli olduğunu bildirib.
Ölkəmizin ailənin qorunması və milli ənənələrin saxlanması üçün geniş resurslara və zəruri bütün amilləri şərtləndirən ehtiyatlara malik olduğunu deyən A.Sofiyeva bu gün müstəqil Azərbaycanda ailə, ana, ata və uşaqların dövlət dəstəyinin tam təmin olunduğunu vurğulayıb.
Digər çıxışçılar da bu gün dövlət başçısının rəhbərliyi altında beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin daha da möhkəmləndirildiyini, regional müstəvidə təsir imkanlarının artırıldığını, ölkə iqtisadiyyatının bütün sahələrdə öz dinamik inkişaf yoluna qədəm qoyduğunu və hazırda bu yolda inamla irəlilədiyini bildiriblər.
Tədbirdə həmçinin, ölkə rəhbərinin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dönməz, sarsılmaz və əbədi olan müstəqilliyinin tezliklə işğal altından azad olunmuş əzəli torpaqlarımızda ölkəmizin ərazi bütövlüyü çərçivəsində təmin ediləcəyinə əminlik ifadə olunub.
Sonda Respublika Günü münasibətilə və milli adət-ənənələrin, ailə dəyərlərinin qorunması, övladlarını milli ruhda tərbiyə etdiklərinə görə gənc ailələrə Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim edilib.



Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi