27-05-2016 [15:46]
Azərbaycanda avtomobillərin kreditlə satışının dayanması sürücüləri və avtomobil satıcılarını müxtəlif üsullara əl atmağa vadar edib.
Avtomobil ekspertləri bildirirlər ki, avtomobil bazarının əsas hərəkətverici mexanizmi avtomobil kreditləri idi. Kreditlərin dayanması ilə avtomobil bazarında böhran yaradıb. Belə olan halda, satıcılar da müxtəlif yollarla satışları artırmağa can atırlar. Nəticədə, avtomobil sahibləri və bazarlarda olan salonlarda işlənmiş avtomobillərin kreditlə, etibarnamə və ehtiyat hissəsi kimi satışı halları artıb.
Qeyri –rəsmi kreditlə avtomobil satışı 2 dəfə artıb
Ekspertlər hesab edirlər ki, bank kreditlərinin avtomobil bazarından çıxması ilə etibarnamə ilə satış hallarını ilin əvvəlindən 2 dəfə artırıb.
Avtomobil eksperti Fərid Məlikov fins.az-a bildirib ki, son dövrdə avtomobil bazarının canlanması üçün avtomobil sahibləri, alverçi və salonlar müxtəlif qaydada satış üsullarına əl atırlar. Bunlardan biri avtomobil bazarlarındakı salonlardır. Bu tipli satış yerləri avtomobilləri qeyri-rəsmi qaydada kreditlə satırlar. Bu qaydada satışları salonlar sadəcə müştərinin görünüşü baxaraq şəxsiyyət vəsiqəsilə verirlər. Ekspertin sözlərinə görə, satıcılar əvvəlcə avtomobili alan şəxsin evinə baxış keçirirlər, yəni harda yaşadığını müəyyən edirlər. Daha sonra müştəri ilə salon arasında natariusda təsdiqlənmiş müqavilə bağlanır.
Salonlar müştərinin görünüşünə baxıb maşını kreditə verirlər
Avtomobilin dəyərinin bir hissəsi əvvəlcədən ödənilir. Qalan hissə isə aylara bölünərək ödəniş həyata keçirilir. Bu şərt hər iki tərəf üçün uyğundur. Belə ki, salonlar bir neçə ayda satılmayan avtomobilləri kreditlə daha baha və tez sata bilirlər.
Məsələn, nəğd şəkildə 15 min manata satılan 2012-ci il model "Hyundai Sonata” kreditlə 20 min manata təklif edilir. Digər tərəfdən bəzi vətəndaşlar avtomobil almaq istəsələr də, nəğd ödəniş etmək imkanı yoxdur. Üstəlik rəsmi maaşı olmadığı və rayon qeydiyyatında olduğuna görə kredit götürə bilmirlər. Belə alıcılar üçün sadə şəkildə heç bir sənəd tələb olunmadan avtomobil almaq göydən düşmə fürsətə çevrilir. Ona görə də qeyri-rəsmi kreditlə alışa razılaşırlar.
Kreditə maşın aldığına peşman olanlar onu eyni qayda ilə satır
Ekspertin sözlərinə görə, bundan əlavə avtomobili əvvəl bank krediti ilə alanlar isə borcu ödəyə bilmədikləri üçün satmağa başlayıblar. Onlar kreditdən qurtulmaq üçün maşını satırlar. Ödədikləri məbləğə daha ucuz qiymətə köhnə "Mercedes” və az xərc aparan Rusiya avtmobilləri alırlar.Belə avtomobil sahibləri isə sürücülük etibarnaməsi ilə satış həyata keçirirlər. Məsələn, avtomobili 15 manata alan sürücü 20-30 min kilometr sürdükdən sonra, ilkin olaraq ödədiyi 5min manatın nəğd verilməsini, qalan hissənin isə banka aylıq ödənilməsi şərtilə satdı. Əvəzində sürmək üçün 1997-ci ilin "Mercedes” avtomobilini 4500 manata aldı. Köhnə olsa da, həm avtomobili var, həm də kredit ödəməkdən xilas olub.
Kreditdəki maşını alanların borcu qaytarmamaq şansı yoxdu
Avtomobili alan müştərinin krediti ödəməsi isə bir neçə aylıq sürücülük etibarnaməsi ilə sığortalanır. Yəni, avtomobili kreditlə alan müştəri borcunu tam ödəməyənə kimi onun sahibi olmur. Yalnız etibarnaməyə uyğun olaraq sürücülük hüququ olur. Krediti tam ödədikdən sonra isə avtomobilin texniki pasportunu əldə edə bilir.
Satılmayan maşınlar ehtiyat hissəsi kimi 3-4 min baha satılır
Yeni satış üsulları bununla da bitmir. Bəzi avtomobil sahibləri avtomobili satışa çıxardıqları halda uzun müddət sata bilmədikləri üçün onu ehtiyat hissəsi kimi satışa çıxarırlar.
Ekspert hesab edir ki, belə satış bir neçə ay vaxt aparsa da, amma avtmobilin hər bir vinti belə pul gətirir. Səbrli satıcılar bütöv halda maşını ucuz sata bilərdilərsə, bu qayda ilə 2-3 min manat daha çox gəlir əldə edə bilirlər. Məsələn, ötən ay avtomobil sahiblərindən biri 6-7 min manata sata bilmədiyi 2000-ci il model "Mercedes C Class” avtomobilini 2-3 ay ərzində ehtiyat hissəsi kimi 10 manata satmışdı. Amma bu tipli satışı dah hər sürücü həyata keçirə bilmir. Ehtiyat hissəsi kimi satşları daha çox boksda və ya profaktoriyada tanışı olan və bu sahədə təcrübəsi olanlar həyata keçirir.
Kreditlə satılan maşın elanları 50 % artıb
Avtomobil bazarı ilə yanaşı avtomobil elan saytlarında da kreditlə aldığı avtomobili satışa çıxaranlarla bağlı təkliflər artıb.
Alsat.az saytının rəhbəri Vaqif Hüseynov fins.az-a bildirib ki, ötən ildən etibarən bu tipli elanlar 50 % artıb. Məsələn, ötən il hər 10 elandan 2-si kreditlə satışla bağlı idisə, indi hər elandan 5-I belə satış təklifidir. Onun sözlərinə görə, qiyməti 50 min dollara kimi avtomobillərin kreditlə satışı təklif edilir. Belə ki, satıcılar avtomobilin real bazaar qiymətini ilkin ödəniş olaraq tələb edirlər. Qalan hissənin isə aylıq ödənişini təklif edirlər. Məsələn, 2012-ci il model "Toyota Land Cruiser” avtomobilinin qiyməti 50 min dollardır. Satıcı 40 min manatın əvvəlcə, qalan hissəsinin isə aylıq ödənişini təklif edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi