Magistraturaya qəbul imtahanlarının birinci mərhələsi mayın 2-də, ikinci mərhələsi isə iyunun 20-də keçiriləcək

img

07-04-2010 [12:20]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010/2011-ci tədris ili üçün ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarının günlərini təyin edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, bu il magistraturaya sənəd qəbulu aprelin 12-dən 19-dək keçiriləcək. Qəbul imtahanının birinci mərhələsi mayın 2-də, proqramların seçimi iyunun 7-12-də, qəbul imtahanlarının ikinci mərhələsi isə iyunun 20-də keçiriləcək. İkinci mərhələyə buraxılmış bakalavrların ixtisas seçimi iyunun 22-dən 25-dək aparılacaq. Elxan Salahov

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA