27-05-2016 [13:16]
Yalnız bir dəfə sənət dostlarının təşəbbüsü ilə aşıq Azərə dəstək olmaq üçün xeyriyyə konserti keçirilib. Həmin konsertdən əldə olunan gəlir də aşıq Azərə çatdırılıb. Azərin dediyinə görə, həmin məbləği müalicəsinə xərcləsə də, vəziyyəti hələ də ağır olaraq qalır.
Ötən gün Aşıq Azər dövlət başçısına da mətbuat vasitəsilə müraciət edərək kömək istədi.
Bəs Aşıqlar Birliyi bu məsələdə aşıq Azərə nə dərəcədə dəstək ola bilir?
Mia.az "Şərq" qəzetinə istinadən xəbər verir ki, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının cavabı sözün həqiqi mənasında təəssüf yaradıb.
Belə ki, Aşıqlar Birliyinin sədri funksiyasını yerinə yetirən Məhərrəm Qasımlı çox əsəbi formada aşıq Azərin xəstəliyinə reaksiya verib: "Aşıq Azərin xəstəliyindən xəbərim var. Amma Aşıqlar Birliyi nə edə bilər ki? Saytlar, mətbuat Aşıqlar Birliyi barədə yazanda gülməli rəqəmdən danışırlar. Aşıqlar Birliyinin 1 milyon büdcəsi var. O büdcədən 60 min manat Aşıq Azərə verilsin. Jurnalistlər, saytlar Aşıqlar Birliyinin büdcəsində olan o pulu tapsınlar, soxsunlar gözlərinə. Bizim o qədər pulumuz hardandı?
Qaldı Azərə yardıma, mən özüm şəxsi büdcəmdən ona yardım etmişəm. Aşıq Azərin səhhətindən Səhiyyə Nazirliyinin də xəbəri var. Onlar gücləri çatanı yəqin ki, ediblər. Aşıq Azərin böyük istedadı olduğunu da qəbul edirəm, bunu heç kim dana bilməz. Ürəyim də ona yanır. Amma bu məsələnin həllində mənim səlahiyyətim yoxdu. Mən Azərlə də danışmışam, demişəm ki, "sən birdəfəlik mətbuata bir məlumat ver ki, mən sənə kömək etmişəm”, mənim yaxamdan əl çəksinlər. De ki, bir də mətbuat məni narahat etməsin! Mənim artıq səbrim qalmayıb ki, jurnalistlərin suallarına cavab verim. O xəstədi, Allah canına dəyməsin, mən nə edə bilərəm?”.
Məhərrəm Qasımlı "Aşıqlar Birliyinin, bir çox aşıqların, sənətkarların adından ölkə başçısına bəlkə müraciət ünvanlayasız” " sualına isə belə cavab verib:
"Mən kiməm ki, Azərin xəstəliyinə görə müraciət edim. Hər şeyin bir qaydası, qanunu var. Hər insana görə Prezidentə müraciət etmək olmaz. Bu, qanuna ziddi. Axı mən niyə Azərə görə Prezidentə müraciət edim ki? Azər istedadlı aşıqdı. Amma indiki halda o statusa sahib deyil ki, onun üçün Prezidentə müraciət edim. Azər Xanlaroğlu nə Alim Qasımov deyil, nə də Ədalət Nəsibov deyil ki, ona görə müraciət ünvanlayaq. Onun sənət titulları imkan vermir ki, Prezidentə məktub ünvanlayaq ki, Azərə kömək olsun. O, Ədalət Nəsibov olsaydı, Aşıqlar Birliyi müraciət ünvanlaya bilərdi, bu məsələni rəsmi qurumların qarşısında qaldıra bilərdi. İndi hansı qanunla bunu edə bilərəm ki? Onun səhhəti ilə millət vəkili Qənirə Paşayeva da maraqlanıb, lazımi yerlərə məlumat verib. Qənirə xanımın ona kömək etməyə gücü çatmırsa, mən nə edə bilərəm? Aşıqlar Birliyi statusu olan sənətkara görə Prezidentə müraciət edə bilər. Mənim buna haqqım yoxdu axı”.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi