Bu il ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı

img

07-04-2010 [12:14]


Azərbaycanda 2009-2010-cu tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının günləri açıqlanıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Belə ki, bu il imtahanlar III ixtisas qrupunun imtahanları ilə başlayacaq. Bu qrup üzrə imtahan iyul ayının 4-də olacaq. İyulun 11-də I, iyulun 17-də IV, iyulun 23-də isə II ixtisas qrupu üzrə imtahan keçiriləcək. Ali təhsil müəssisələrinə qəbul imtahanları üzrə ərizələrin qəbulu aprelin 20-dən başlayacaq. Ərizə qəbulu mayın 31-dək davam edəcək. Ali təhsili müəssisələrinə ixtisas seçimi iyulun 25-dən avqustun 2-dək aparılacaq. Orta ixtisas müəssisələrinə qəbul imtahanları avqustun 29-da keçiriləcək. Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu isə iyununun 28-dən iyulun 29-dək davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA