"Biz itirdik və itirməkdə davam edəcəyik" - Erməni general

img

27-05-2016 [12:28]


"Ermənistan tərəfi aprel hadisələrində strateji baxımdan böyük əhəmiyyətə malik yüksəklikləri "itirib”. İndi onlar bu məsələni gizlətmək üçün yüksəkliklərin çox əhəmiyyətsiz olduğunu deyirlər".

ANS-in məlumatına görə, bu sözləri "Kommandos" ləqəbli general-mayor Arkadi Ter-Tadevosyan deyib.

O bildirib ki, indi biz bu yüksəklikləri qaytarmalıyıq ki, Talış, Martakert və Madagiz sakinləri sakit yaşaya bilsinlər:

"Bu məsələni bizim Müdafiə Nazirliyimiz və ölkə rəhbərliyi düşünməlidir. Biz itirdik və bu hündürlüklərə görə itirməkdə davam edəcəyik. Talış kəndində insanlar yaşamırlar. Qarabağın ən böyük şəhəri Martakert atəşin altında olur. Təbii ki, bu yüksəklikləri qaytarmaq lazımdır ki, insanlar sakitcə evlərinə qayıda bilsinlər".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA