Dərin yuxuya gedən Sumqayıt sakini FHN-nin xilasedicilərini hərəkətə keçirdi

img

06-04-2010 [07:50]


Sumqayıt şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, xilasedicilər doqquzmərtəbəli yaşayış binasının damından enərək 8-ci mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olub və giriş qapısını açıblar. Mənzilə baxış keçirilən zaman vətəndaş yatmış vəziyyətdə aşkarlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA