Azərbaycanda 3 gün iş olmayacaq - Qərar

img

26-05-2016 [16:42]


28 May - Respublika Günü ilə əlaqədar qeyri-iş günü məlum olub.

Nazirlər Kabinetindən verilən məlumata görə, bu il 28 may şənbə gününə düşür. 28 may şənbə gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 30 may qeyri-iş günü olacaq.

Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur. Bununla da beşgünlük qrafiklə çalışanlar üç - şənbə, bazar və bazar ertəsi günü, altı gün işləyənlər isə 29-30 may tarixlərində istirahət edəcəklər.  

ANS


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA