26-05-2016 [15:34]
Azərbaycan Xalq Cumhuriyyəti tarixi mütəxəssislər tərəfindən öyrənilir.
Mia.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin nəzdində fəaliyyət göstərən Tədris-Teleradio Studiyasının açılışında çıxış edən Ə. Həsənov 1918-ci ilin mayın 28-də Xalq Cumhuriyyətinin yaradıldığını xatırladıb. O, qeyd edib ki, Xalq Cumhuriyyətinin qurucuları səhv edərək o zaman Aleksandropol quberniyası adlanan İrəvan xanlığının ərazisini ermənilərə milli dövlət yaratmaq üçün güzəştə gediblər: "Əlbəttə ki, o zaman ermənilər dövlət yaratmaq məsələsini ciddi şəkildə qoymuşdular və yaradacaqdılar da. Amma niyə bu, Azərbaycan ərazisində - İrəvan xanlığında oldu? Bu məsələ Azərbaycan hakimiyyəti və müasir dövrümüzün araşdırıcıları tərəfindən Xalq Cumhuriyyətinin fəaliyyətində mənfi hal kimi təqdim olunur".
Ə.Həsənov deyib ki, o zaman Osmanlı imperiyasının İrəvan xanlığının itirilməsində bizə vermədiyi dəstək Bakının azad olunmasında ortaya qoyuldu və Osmanlı imperiyası İrəvanın itirilməsindəki günahlarını Bakının azad edilməsində kompensasiya etdi.
Ə.Həsənov əlavə edib ki, o zaman Azərbaycan Xalq Cumhuriyyətinin diplomatik fəaliyyəti bizim indi düşündüyümüz vəziyyətdə deyildi: "O zaman səfirliklərimiz yox idi, Xarici İşlər Nazirliyi tanınmırdı, xaricdə faktiki olaraq, bizi dövlət kimi qəbul etmirdilər".
Xalq Cumhuriyyətinin uğurlarından da danışan Ə.Həsənov qeyd edib ki, Osmanlı Ordusunun iştirakı ilə Bakı şəhəri işğaldan azad olundu və sonrakı dövrdə milli paytaxta çevrilə bildi: "Xalq Cumhuriyyəti hökumətinin Bakıya köçürülməsi və ondan sonra burada fəaliyyət göstərməsi Xalq Cumhuriyyəti qurucularının həm bu günki, həm gələcək tarix, həm də Azərbaycan xalqı qarşısında da ən böyük xidmətlərindən biridir. Çünki İrəvan və başqa ərazilər itirilən kimi Bakı da itirilə bilərdi. 23 ay fəaliyyət göstərən Xalq Cumhuriyyətinin digər əsas uğuru Azərbaycan dövlətinin əsas təsisatlarının yaradılması olub. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələrkən o hakimiyyətin qurduğu bütün təsisatlara yenidən qayıtdıq, onların yaratdığı demoktratik idarəçilik sistemi, vətəndaş birliyi ideyaları, sivil vətəndaş cəmiyyəti normaları, onların qurduğu bazar iqtisadiyyatı prinsipləri, region ölkələri ilə əməkdaşlıq normaları - bütün sahələr üzrə Xalq Cumhuriyyətinin müvafiq təsisatlarına sahib çıxdıq".
Ə.Həsənov deyib ki, Xalq Cumhuriyyətinin o dövrdəki iflası qaçılmaz idi: "İndi bəziləri günahlandırır ki, Türkiyə bizə sahib olmadı. Bəziləri deyir ki, Türkiyə Rusiya ilə sazişə gedərək Xalq Cumhuriyyətini qurban verdi. Sözün həqiqi mənasinda Türkiyə o zaman da, indi də Azərbaycanın əsas müttəfiqi olub. Amma o dövrdə çıxarılan qərarlar indi mübahisə doğurur. Xalq Cumhuriyyəti o dövrdə əsasən, bolşevik Rusiyasının diqqət mərkəzində idi".
Müasir dövrün də bəzi tarixi məsələlərinə diqqət çəkən Ə.Həsənov deyib ki, o dövrdə Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti "türkün türkdən başqa dostu yoxdur" deyərək Azərbaycanda etnik qarşıdurmaya rəvac vermişdi: "Bəzi etnik azlıqlar - talışlar, kürdlər Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinə etibar etmirdi. Bu insanlar Azərbaycanda hansı statusla yaşamalı idilər? Ancaq ümummilli lider Heydər Əliyevin çağırışı ilə Azərbaycan ərazisindəki bütün vətəndaşların milli birlik platforması elan edildi və bunu təməl prinsipi kimi qoydu. Hakimiyyətə gələn kimi də dərhal bunun ideoloji əsaslarını işləyib hazırladı və dövlət səviyyəsinə qaldırdı. Bu, azərbaycançılıq ideologiyası idi".
Ə.Həsənov deyib ki, dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, hər kəs Azərbaycan dövlətinə bağlılıq hissi ilə yaşayır və dövlət bütün vətəndaşlara eyni şəkildə qayğı göstərir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi