26-05-2016 [14:27]
Bu gün Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında "Azərbaycan Cümhuriyyəti.1918-1920” bölməsinin yeni quruluşda açılışı keçirilib.
Muzeydən Mia.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açıb.
O, Azərbaycan Cümhuriyyətinin Azərbaycan tarixində tutduğu yeri qeyd edərək, Muzeydə yeni, müasir tələblərə cavab verən bölmənin açılmasının vacibliyini vurğulayıb.
AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli öz çıxışında XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş kəskin vəziyyətdə müstəqil dövlətin qurulmasını xüsusi qeyd edərək 1918-1920-ci illərdə qazanılan nailiyyətlərin yeni nəslə çatdırılmasının vacibliyini vurğulayıb. Natiq Milli Azərbaycan Tarixi Muzeyində belə ekspozisiyanın zənginləşdirilərək yeni tərtibatda açılmasını yüksək qiymətləndirib.
Tarix elmləri doktoru Solmza Rüstəmova- Tohidi öz çıxışnda müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Cümhuriyyətinin Azərbaycan xalqının tarixində oynadığı vacib rolu qeyd edərək, Respublika Günü ərəfəsində belə ekspozisiyanın açılışını təqdirəlayiq hal kimi qiymətləndirib.
Daha sonra qonaqlar yeni qurulmuş ekspozisiya ilə tanış olublar.
Qeyd edək ki, bölmədə müsəlman Şərqində ilk Demokratik Respublikanı daha dolğun və ətraflı nümayiş etdirmək üçün əsaslı dəyişikliklər edilib. Bölmə iki otağdan ibarətdir: "Azərbaycan Cümhuriyyətinin yaranması. Qafqaz İslam Ordusu” və "Azərbaycan Cümhuriyyətinin fəaliyyəti”.
Birinci otaqda müstəqilliyin elan olunması, Qafqaz İslam Ordusunun yaranması və fəaliyyəti, Azərbaycan Cümhuriyyəti Hökümətinin Gəncə dövründə fəaliyyəti əks olunub. Burada 4 vitrində 60-dan artıq nadir tarixi eksponatlar, həmçinin manekenlər nümayiş olunur. Otaqda qurulmuş 5 informasiya- məlumat panelində tarixi hadisələri əks etdirən məlumatlar, fotoşəkillər, xəritə və sxemlər verilib.
İkinci otaqda Azərbaycan Cümhuriyyəti Parlament və Hökumətinin fəaliyyəti, 1918-1920-ci ilin əvvəlində ölkə iqtisadiyyatı, mədəniyyəti, təhsilin inkişafı, ordu quruculuğu, xarici və daxili siyasət kimi məsələlər əks olunub. Burada 8 vitrində 90-a yaxın sayda tarixi eksponat nümayiş olunur. Həmçinin 24 informasiya- məlumat panelində tamaşaçılara azərbaycan, rus və ingilis dillərində bütün lazım olan məlumatları əldə etməyə imkan verir.
Beləliklə, bölmədə nümayiş olunan 150-ə yaxın eksponat, 100-dən artıq fotoşəkil, 10-a yaxın xəritə və sxem, 1 maket, 2 maneken, 2 bədii kompozisiya, 1 heykəl sırasında Azərbaycanın İstiqlal Bəyannanməsinin 1919-cu ildə Parisdə göstərilmiş nüsxəsi, Qafqaz İslam Ordusunun azərbaycanlı və türk əskər və zabitlərinin silah, ləvazimat və əşyaları, Cümhuriyyət liderlərinin şəxsi əşyaları, 1918-1920-ci illərdə Cümhuriyyətin parlament və hökumətinin qəbul etdiyi qərarlar, Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə olduğu zaman hazırlatdığı Azərbaycan bayrağı böyük maraq kəsb edir. Həmçinin bölmədə qurulmuş monitorda M.Ə.Rəsulzadənin Azərbaycan Cümhuriyyətinin fəaliyyəti haqqında söylədiyi tarixi nitq səsləndirilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi