"Əziz qardaşım..." - Binəli Yıldırım Prezident İlham Əliyevə məktub yazdı

img

26-05-2016 [14:10]


Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mia.az həmin məktubu təqdim edir:

"Cənab Prezident, əziz qardaşım.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi hökumətim adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

İqtisadiyyat və müdafiə sahələri başda olmaqla 25 illik qısa müddətdə Azərbaycan etdiyi güclü sıçrayışla təqdirəlayiq səviyyəyə çatıb. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olaraq, göz qamaşdıran uğurlarınızı təqdir edir və qürurla izləyirik.

Tarixi və qardaşlıq münasibətlərimizə əsaslanaraq strateji müttəfiqlik səviyyəsinə çatan əlaqələrimizin qarşılıqlı səfərlər və görüşlərlə daha yüksək səviyyəyə qalxdığını, sıx əməkdaşlığımızın regional rifaha və sabitliyə də müsbət təsir etdiyini məmnunluqla müşahidə edirik.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə bir daha cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah arzulayıram”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA