26-05-2016 [13:45]
"Bizdə olan məlumata görə, Eldar Mahmudov açıq şəkildə kimlərəsə telefonla tapşırıqlar verir və öz işlərini rahatca idarə edir”.
Bunu AzNews.az-a açıqlamasında sabiq MTN-çi Ərəstun Oruclu Milli Məclisin üzvü, deputat Zahid Orucun "E.Mahmudov özünü şifrəli mesajlarla qoruyur” fikrini şərh edərkən bildirib.
Onun sözlərinə görə, E.Mahmudovu himayə edən yüksək postlu şəxslər var: "Nazirliyin 20-yə yaxın əməkdaşı həbsdədir. Bunlardan əlavə bir necəsinə cinayət işi açılıb. Amma nazir sanki heç nə olmamış kimi evində oturub. Onun işlərini evindən idarə etməsinin səbəbləri var. Ölkənin ən yüksək siyasi dairələrində onu himayə edənlər var. Başqa bir halda bu, qeyri-mümkün olardı. Vaxtilə Əli İnsanov, Fərhad Əliyev kimi nüfuzlu nazirlər bir anın içində həbs olundu. Amma Eldar Mahmudovun həbs olunmaması müxtəlif mülahizələr yürüdür. Düşünürəm ki, bu, ifşaedici materialların olması məsələsi deyil. İnsan həbs olunduqdan sonra heç bir vaxt razılaşmaz ki, kimlərinsə haqqında onun əlində olmuş materiallar üzə çıxsın. Çünki o, bilir ki, həbsdə olarkən belə şeylər ona baha oturar. Sadəcə olaraq, Eldar Mahmudovu himayə edirlər. Konkret olaraq bizdə bununla bağlı məlumatlar var. Əlindəki faktlardan qorxaraq onu himayə edirlər”.
Xatırladaq ki, deputat Zahid Orucun Eldar Mahmudovla bağlı ötən həftə maraqlı fikirlər səsləndirib. O, "Belə düşünürəm ki, Eldar Mahmudovun ev dustaqlığı davam edir. Onun yeri kənara, başqa ölkəyə doğru dəyişməyib. O, güclü nəzarət altındadır. Bununla bərabər, Eldar Mahmudovun ətrafındakı keçmişdən gələn qüvvələr hansısa formada ona məlumat sızdırmaları ilə məşğuldurlar. Kimsə özünün təhlükəsizliyini təmin etmək üçün hardasa şifrəli məlumatlar yerləşdirib və bu vasitə ilə özünü qoruyur. Müxtəlif nazirliklər, orqanlar, dövlətin elitasını özünümüdafiəyə vadar edərkən belə metod əsas iş prinsipi olub. Düşünüblər ki, adamlar hamısı özlərini qorumaqla məşğul olacaq və Eldar Mahmudovun mənəvi, hüquqi, siyasi hakimiyyəti onlar üzərində bərqərar olacaq”-deyə bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi