26-05-2016 [11:18]
Xəbər verdiyimiz kimi, "Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətlərinin bir qismi Fövqəladə Hallar Nazirliyi (FHN) və Energetika Nazirliyi (EN) arasında bölüşdürülüb.
Baş nazir Artir Rəsi-Zadənin imzaladığı qərara əsasən, bu gündən etibarən birliyin qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi öz fəaliyyətini dayandırıb. Qurumun işçiləri isə struktura daxil olan digər bölmələrdə müvafiq işlərlə təmin edilib.
Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydaları”nda dəyişikliklər edilməsi barədə müvafiq qərarından sonra xidmətə nəzarət Fövqəladə Hallar Nazirliyi və Energetika Nazirliyinə verilib. Yəni mənzillərə texniki baxışın keçirilməsi "Azəriqaz” tərəfindən deyil, qeyd edilən nazirliklər tərəfindən aparılacaq. Bura qaz avadanlıqları, tüstü bacaları və s. nəzarət daxildir.
"Qazdan istifadə Qaydaları”nda dəyişikliyə əsasən, FHN-in və EN-in səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidirlər.
"Azəriqaz" İstehsalat Birliyinin bu səlahiyyətlərinin alınması və başqa qurumlara verilməsi birmənalı qarşılanmayıb.
Bəzi ekspertlər bunu "Azəriqaz”ın yaxın günlərdə ləğv edilməsinin, səlahiyyətlərinin müvafiq nazirliklər arasında bölüşdürülməsinin başlanğıcı kimi qiymətləndiriblər.
İqtisadçı ekspert Natiq Cəfərli "Yeni Müsavat”a açıqlamasında qurumun özəlləşdirilməsini daha məqsədəuyğun hesab etdiyini bildirib: "Əslində, bunun yerinə özəlləşməyə gedilsə idi, daha yaxşı olardı. Hökumət çalışmalıdır ki, öz üzərində olan xərclərin bir hissəsini azaltsın. Əgər həmin xərclər yenidən digər bir quruma ayrılacaqsa, o zaman bu ciddi bir struktur dəyişikliyi demək deyil. struktur dəyişikliyi o ola bilər ki, bu qurumlar hissə-hissə uzunmüddətli idarəyə verilsin və ya özəlləşdirilsin. Bu zaman həm dövlət büdcəsinin yükü azalardı, həm də idarəetmədə bir yenilik olardı”.
İqtisadçının sözlərinə görə, bu struktur dəyişikliyindən sonra həmin idarənin qalması çox yersiz görünür: "Çox güman ki, tamamilə ləğv ediləcək və funksiyaları bölüşdürüləcək. Lakin həmin funksiyaların lazımınca yerinə yetirilməsi üçün daha effektiv bir idarəetmə qurulacaqmı?
Bu, sual doğurur. Əslində, mənim düşüncəmə görə, belə struktur dəyişikliklərindənsə, köklü islahatlar, mümkün olduğu qədər özəlləşdirmə və ya uzunmüddətli icarəyə verilmə daha məqsədəuyğun olardı".
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev isə "Yeni Müsavat”a açıqlamasında qurumun yalnız mənzillərə texniki baxış səlahiyyətinin başqa nazirliklərə verildiyini qeyd edib: "Bu Nazirlər, Kabinetinin ayın əvvəlində verilmiş qərarı idi. ”Azəriqaz"ın yalnız və yalnız mənzillərə texniki baxış keçirmə işini adıçəkilən qurumlara veriblər. Başqa heç bir səlahiyyətlər alınmayıb. Həmin qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin əməkdaşlarından isə heç biri ixtisara düşməyib".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi