06-04-2010 [06:08]
[b]Adı plagiat siyahıda olanlardan biri "AzTV"-nin ?Səhər? və ?Xəbərlər? proqramının məşhur aparıcılarından olan Esmira Çərkəzqızı, digəri isə Mərkəzi Seçki Komissiyasının (MSK) sabiq katibi Vidadi Mahmudovun oğlu EminMahmudovdur [/b]
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda digər məsələlərlə yanaşı, son zamanlar müdafiə üçün dissertasiya şuralarına təqdim olunmuş dissertasiyalarda rast gəlinən plagiatlıq faktları müzakirə olunmuş və buna dair qərar qəbul olunub.
Azərbaycan Respublikasında elmin və təhsilin inkişafı daim ölkə rəhbərinin qayğı və diqqət mərkəzindədir. Bu ənənə hələ vaxtilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və inkişaf etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ənənəni layiqincə davam etdirərək Azərbaycan elminin və təhsilinin inkişafına, o cümlədən yüksəkixtisaslı elmi dərəcəli kadrların hazırlanmasına xüsusi diqqət yetirir.
21 noyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin ali təhsil və elm müəssisələri rəhbərlərinin iştirakı ilə ictimai və humanitar elmlərin vəziyyəti ilə bağlı keçirdiyi müşavirə və ?Azərbaycan? qəzetinin 8 dekabr 2009-cu il tarixli sayında ?İctimai və humanitar elmlər: zaman kontekstində baxış? mövzusunda dərc olunmuş geniş həcmli və dərin məzmunlu məqaləsi dövlətimizin elm və təhsil sahəsində apardığı prioritet siyasətin əsas istiqamətlərini göstərir.
Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirdiyi müşavirədəki məruzəsi və ?Azərbaycan? qəzetinin 8 dekabr 2009-cu il tarixli sayında bu mövzuda dərc olunmuş məqaləsi 16 dekabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında geniş müzakirə olunmuşdur.
Verilən məlumata görə, son zamanlar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Milli Aviasiya Akademiyasının nəzdində alimlik dərəcəsi almaq üçün yaradılmış N.06.011 Dissertasiya Şurasında (sədr: hüquq elmləri doktoru İbrahim Quliyev) aparılmış araşdırmalar və təhlillər nəticəsində şuraya daxil olmuş dissertasiyaların bir qismində plagiatlıq faktları aşkar edilmişdir. Plagiatlıq faktlarının aşkar olunduğu dissertasiyalara AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda yerinə yetirilmiş və hüquq üzrə müdafiə üçün təqdim olunmuş altı dissertasiya işində plagiatlıq faktlarının olması müəyyən edilmişdir. Bu isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ?Alimlik dərəcələrinin və elmi adların verilməsi qaydaları haqqında? Əsasnaməsinin tələblərinin kobud şəkildə pozulması deməkdir.
N.06.011 Dissertasiya Şurasına daxil olan dissertasiya işlərinin ilkin ekspertizası zamanı aparılmış araşdırmalar, aşkar olunmuş faktlar və təhlillər nəticəsində müəyyən olunmuşdur ki, müdafiə üçün təqdim olunmuş dissertasiya işlərinin çox hissəsi Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin, xüsusilə Rusiya Federasiyası alimlərinin dissertasiya işlərindən və əsərlərindən eynilə tərcümə olunaraq köçürülüb və ya iddiaçı tərəfindən rus dilində hazırlanmış dissertasiya işləri isə Rusiya Federasiyasında müdafiə olunmuş dissertasiyalardan birbaşa köçürülərək hazırlanır və Şuraya müdafiə üçün təqdim olunur. Hətta bir çox hallarda mövzu ilə bağlı təqdim olunmuş plan, fəsillər və paraqraflar, o cümlədən dissertasiya işlərinin məzmunları eynilik təşkil edir. Belə dissertasiya işlərində fərqli cəhət təkcə ondan ibarətdir ki, iddiaçılar rus dilindən rus dilinə köçürdükləri və ya Azərbaycan dilinə tərcümə yolu ilə təqdim etdikləri dissertasiya işlərinə yalnız bəzi əlavələr edərək Rusiya Federasiyasının normativ-hüquqi aktlarının yerinə ancaq Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının adlarını daxil etməklə Azərbaycan elmi qarşısında iddiaçı kimi öz vəzifələrini yerinə yetirmiş hesab edərək dissertasiya işini başa çatdırmiş sayırlar. Narahatçılıq doğuran hal odur ki, elmə gəlmək istəyənj belə təsadüfi şəxslər üçün doktorant və dissertant olduqları ali təhsil və elm müəssisələrində çalışan, ?elmin keşiyində? duran bəzi alimlər məqsədli surətdə və bilərəkdən əlverişli şərait yaradırlar.
Belə elmi rəhbərlər həqiqətən elmi tədqiqatları biznesə çevirərək layiq olmayan şəxslərin qeyri-qanuni yollarla elmi adlar almaları üçün cəhd göstərirlər. N.06.011 Dissertasiya Şurasının yaratdığı Komissiya tərəfindən aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bütün bu işlərin həyata keçirilməsində elm və təhsil müəssisələrinin, xüsusilə AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun bəzi əməkdaşları və iddiaçıların elmi rəhbərləri dissertasiya işlərinin müzakirəsi zamanı lazımi səviyyədə tələbkarlıq göstərmirlər. Komissiya tərəfindən əldə olunmuş faktlar bunu bir daha təsdiqləyir. Təbii ki, layiq olmayan təsadüfi şəxslərin elmi adlar alması Azərbaycan elmi və Azərbaycan cəmiyyəti üçün son dərəcə zərərlidir və Azərbaycan elminə xəyanətdir.
Qeyd etmək lazımdır ki, belə yararsız dissertasiya işlərinin bu vəziyyətə gəlib çatmasında əsas məsuliyyət iddiaçının təhkim olunduğu elm və ali təhsil müəssisəsinin və eyni zamanda, onların elmi rəhbərlərinin və ya elmi məsləhətçilərinin üzərinə düşür. İddiaçıların təhkim olunduğu təhsil və elm müəssisələrində, o cümlədən uyğun şöbə, kafedra və laboratoriyalarda dissertasiya işlərinin ilkin müzakirəsi zamanı lazımi səviyyədə prinsipiallıq və tələbkarlıq göstərilmir, dərindən araşdırmalar aparılmır və nəticədə səviyyəsiz və keyfiyyətsiz dissertasiya işlərinin vaxtında qarşısı alınmır. Burada dissertasiyaların ilkin müzakirəsinin keçirilməsi üçün yazılı rəy təqdim etmiş mütəxəssis alimlərin, dissertasiyaya dair elmi məqalə və tezisləri dərc etmiş jurnal və məcmuələrin redaksiya heyətlərinin və uyğun rəyçilərin üzərinə böyük məsuliyyət düşür.
N.06.011 Dissertasiya Şurası tərəfindən yaradılmış Komissiya müdafiə üçün təqdim edilmiş dissertasiya işlərinin ekspetizası zamanı adları aşağıda çəkilən iddiaçıların digər müəlliflərin dissertasiya işlərindən köçürmə faktlarını aşkar etmişdir.
1. AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı Əliyeva Esmira Çərkəz qızının (elmi rəhbəri: hüquq elmləri doktoru Mais Əliyev) 12.00.05 - ?Əmək hüququ; sosial təminat hüququ? ixtisası üzrə hüququ elmləri namizədi (hazırda hüquq üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almaq üçün ?Televiziya və radio işçilərinin əməyinin hüquqi tənzimlənməsinin xüsusiyyətləri? mövzusunda müdafiə üçün təqdim etdiyi dissertasiya işi 2003-cü ildə Moskva Dövlət Universitetində hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş Aristova Svetlana Viktorovnanın eyni adlı (?Osobennosti pravovoqo requlirovaniə truda rabotnikov televideniə i radiovehaniə?) tərcümə olunaraq köçürülmüşdür.
2. AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı Əliyev Əhəd Həmzə oğlunun (elmi rəhbəri: hüquq elmləri doktoru Mais Əliyev) 12.00.05 ? ?Əmək hüququ; sosial təminat hüququ? ixtisası üzrə hüququ elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim etdiyi?Dövlət qulluqçularının əməyinin və sosial müdafiəsinin hüquqi tənziminin nəzərri və praktiki məsələləri? mövzusunda dissertasiya işi Kirpatenko Vladislav Vladimiroviç tərəfindən 2005-ci ildə Moskva şəhərində Moskva Dövlət Sənaye Universitetində müdafiə edilmiş dissertasiya işindən (?Osobennosti pravovoqo requlirovaniə truda i soüialğnoy zahitı qosudarstvennıx slujahix: voprosı teorii i praktiki?) tərcümə olunaraq köçürülmüşdür.
3. AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı Cəfərov Müşfiq Ələkbər oğlunun (elmi rəhbəri: hüquq elmləri doktoru Mais Əliyev) 12.00.05 ? ?Əmək hüququ; sosial təminat hüququ? ixtisası üzrə hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün ?Miqrantların əmək münasibətlərinin hüquqi tənzimlənməsi? mövzusunda təqdim etdiyi dissertasiya işi 2002-ci ildə Yekaterinburq şəhərində Ural Dövlət Hüquq Akademiyasında ?Pravovoe requlirovanie trudovıx otnoşeniy rabotnikov-miqrantov? mövzusunda müdafiə etmiş Jiltsova Yuliya Vladimirovnanın dissertasiya işindən tərcümə olunaraq köçürülmüşdür.
4. AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı Mustafayev Adil Şöhrət oğlunun (elmi rəhbəri: hüquq elmləri doktoru Mais Əliyev) 12.00.05 ? ?Əmək hüququ; sosial təminat hüququ? ixtisası üzrə hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim etdiyi ?Soüialğnoe obespeçenie kak qosudarstvennaə sistema zahitı naseleniə ot soüialğnoqo riska? mövzusunda dissertasiya işi Rusiya Federasiyasının aşağıda göstərilən iki ayrı-ayrı ali təhsil müəssisəsində müxtəlif iddiaçılar tərəfindən müdafiə olunmuş dissertasiya işindən tərcümə olunaraq köçürülmüşdür:
- ?Pravo soüialğnoqo obespeçeniə v usloviəx rınoçnoy gkonomiki: teoriə i praktika pravovoqo requlirovaniə? mövzusunda 12.00.05 ? ?Əmək hüququ; sosial təminat hüququ? ixtisası üzrə Maçulskaya Yelena Yevqeniyevnanın 2000-ci ildə hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün Moskva şəhərində müdafiə etdiyi dissertasiya işindən;
- ?Teoretiçeskie problemı pravovoqo requlirovaniə soüialğnoqo straxovaniə? mövzusunda 12.00.05 ? ?Əmək hüququ; sosial təminat hüququ? ixtisası üzrə Fiyodorova Marina Yuryevnanın 2003-cü ildə Sankt-Peteburq şəhərində Sank Peterburq Dövlət Universitetində hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün müdafiə etdiyi dissertasiya işindən.
5. AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı Səfərəliyev Rüstəm Rasim oğlunun (elmi rəhbəri: hüquq elmləri doktoru, professor İbrahim İsmayılov) 12.00.05 ? ?Əmək hüququ; sosial təminat hüququ? ixtisası üzrə hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim etdiyi ?Sosial təminat məsələləri üzrə mübahisələrin baxılmasının hüquqi aspektləri? mövzusunda dissertasiya işi eyni mövzuda olan (?Pravovıe aspektı rassmotreniə sporov po voprosam soüialğnoqo obespeçeniə?) və 2002-ci ildə Moskva şəhərində Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda Serebryakova Yelena Alekseyevna tərəfindən müdafiə edilmiş dissertasiya işindən köçürülmüşdür.
6. AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı Mahmudov Emin Vidadi oğlunun (elmi rəhbəri: hüquq elmləri doktoru, professor İbrahim İsmayılov) 12.00.05 ? ?Əmək hüququ; sosial təminat hüququ? ixtisası üzrə hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim etdiyi ?Bazar iqtisadiyyatı şəraitində əməyin ödənilməsinin hüquqi təminatları? mövzusunda dissertasiya işi Rusiya Federasiyasının aşağıda göstərilən üç müxtəlif ali təhsil müəssisəsində ayrı-ayrı iddiaçılar tərəfindən müdafiə olunmuş aşağıdakı dissertasiya işlərindən tərcümə yolu ilə köçürülmüşdür.
- ?Pravovoe requlirovanie oplatı truda v Rossiyskoy Federaüii (voprosı teorii i praktiki)? mövzusunda 12.00.05 ? ?Əmək hüququ; sosial təminat hüququ? ixtisası üzrə 2003-cü ildə Yekaterinburq şəhərində Ural Dövlət Hüquq Akademiyasında Salikova Natalya Mixaylovnanın müdafiə etdiyi doktorluq dissertasiyası işindən;
- ?Pravovoe requlirovanie zarabotnoy platı v Rossii (nekotorıe problemı istorii, teorii i praktiki?) mövzusunda 12.00.05 ? ?Əmək hüququ; sosial təminat hüququ? ixtisası üzrə 2003-cü ildə Perm şəhərində Perm Dövlət Universitetində Çexmister Pyotr Borisoviçin müdafiə etdiyi namizədlik dissertasiyası işindən;
- ?Metodı requlirovaniə zarabotnoy platı v Rossii na sovremennom gtape (pravovıe problemı)? mövzusunda 12.00.05 ? ?Əmək hüququ; sosial təminat hüququ? ixtisası üzrə 2001-ci ildə Moskva şəhərində Moskva Dövlət Hüquq Akademiyasında Ponomaryova Qalina Anatolyevnanın müdafiə etdiyi dissertasiyası işindən.
Faktlar əsasında və təhlillər nəticəsində müəyyən edilmişdir ki, iddiaçılar müstəqil elmi araşdırmalar aparmamış, əslində Rusiya Federasiyasından olan müəlliflərin ayrı-ayrı vaxtlarda müdafiə etdikləri dissertasiya işlərindən tərcümə və ya birbaşa köçürmə yolu ilə dissertasiya işləri hazırlamışlar.
Aşkar olunmuş bu plagiatlıq faktları ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin iclasında geniş müzakirə aparılmış və Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti ciddi narahatçılıq doğuran bu cür neqativ halların qarşısını almaq məqsədilə aşağıdakıları qərara almışdır:
1. AMEA rəhbərliyinə çatdırılsın ki, bu cür neqativ halların vaxtında qarşısını almaq üçün lazımi tədbirlər görsün və bu məsələ ilə bağlı görülən tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinə məlumat versin.
2. AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun adları yuxarıda qeyd olunan dissertantlarına həmin mövzular üzrə təkrar müdafiə etmək hüququ, o cümlədən üç il müddətinə digər hər hansı bir mövzu üzrə dissertasiya müdafiə etmək hüququ verilməsin.
3. Hüquq elmləri doktoru Mais Əliyevə və hüquq elmləri doktoru, professor İbrahim İsmayılova beş il müddətinə elmi rəhbər olmaq icazəsi verilməsin. Adı çəkilən şəxslər tərəfindən bu cür faktlar bir daha aşkarlanarsa, onların doktorluq elmi dərəcəsinin geri alınması məsələsinə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin iclasında baxılsın.
4. AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun adları yuxarıda qeyd olunan dissertantlarının təqdim etdikləri dissertasiyaların ilkin müzakirəsinin keçirilməsi üçün rəy təqdim etmiş rəyçilərə aşkar olunmuş faktla bağlı ciddi xəbərdarlıq edilsin.
5. Aşkar olunmuş plagiatlıq faktlarının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qəbul etdiyi qərar elm və təhsil müəssisələrinin və dissertasiya şuralarının rəhbərlərinin nəzərinə çatdırılsın.