Sabah Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadasına start veriləcək

img

06-04-2010 [06:01]


Sabah Bakıda ənənəvi Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadası (İNEPO-EUROASİYA) start götürür. ?Çağ? Öyrətim Şirkətinin təşkilatçılığı ilə keçirilən beynəlxalq olimpiada ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunur. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadası Təşkilat Komitəsinin sədri Arif Gömleksiz bu gün keçirilən mətbuat konfransda məlumat verib. A.Gömleksiz deyib ki, Təşkilat Komitəsinə bu il 300-dən çox layihə təqdim olunub və onlardan 97-si (45-i Azərbaycandan, 52-si xarici ölkələrdən) seçilərək münsiflər heyətinin müzakirəsinə verilib. Olimpiadanın keçirilməsində əsas məqsəd Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanması mövzusunda gənc nəsli məlumatlandırmaq, şagirdlərdə ekoloji şüuru inkişaf etdirmək, ətraf mühitə qarşı həssas, müsbət münasibəti formalaşdırmaqdır. "Çağ" öyrətim şirkətinin prezidenti Ənvər Özərən bildirib ki, Bakıda keçiriləcək olimpiada uşaqların ekologiya üzrə bilik səviyyələrinin artırılmasına kömək edəcək. Onun sözlərinə görə, layihə çərçivəsində dəvətnamə kimi üç min yaşıl cücərti göndərilib. Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadası 7-11 aprel tarixlərində Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İctimai televiziya və "Çağ" öyrətim şirkətinin təşkilatçılığı ilə keçiriləcək. Qeyd edək ki, olimpiada 2010-cu ilin Azərbaycanda "Ekologiya ili" elan olunmasına həsr edilib. [b]Rəhilə MANAFOVA[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA