PA rəsmiləri və nazirlər təqdimatda - FOTOLAR

img

25-05-2016 [23:27]

Bakıda Prezident Administrasiyasının və "The Business Year” jurnalının təşkilatçılığı ilə nəşrin "Azerbaijan 2016” xüsusi buraxılışının təqdimat mərasimi keçirilir.

Mia.az Azərtac-a istinadən xəbər verir ki, təqdimat mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Bakıda akkreditə olunan diplomatik korpusun təmsilçiləri, KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak edirlər.

Əvvəlcə "The Business Year-Azerbaijan 2016” nəşrinə həsr olunan videoçarx nümayiş etdirilib.

Qeyd olunub ki, baş ofisi Londonda yerləşən "The Business Year” dünyanın müxtəlif bölgələrini - Latın Amerikası, Asiya, Afrika qitələrini əhatə edən geniş coğrafiyada sosial-iqtisadi prosesləri izləyən və işıqlandıran, ətraflı təhlillərlə çıxış edən nüfuzlu şirkətdir. "The Business Year” ayrı-ayrı ölkələrin sosial-iqtisadi durumu və inkişaf meyilləri, biznes və investisiya mühiti, aparıcı şirkətləri və digər məsələlər haqqında ildə 20-dən çox xüsusi buraxılış hazırlayır və bütün dünyada yayır. Şirkətin xüsusi buraxılışları dünyanın aparıcı biznes dairələri tərəfindən maraqla qarşılanır, işgüzar əlaqələrin inkişafına xidmət edir və birgə iqtisadi layihələrin reallaşdırılmasına töhfə verir.

Fotolar Report-a məxsusdur:

Ölkənin siyasi elitası təqdimatda -  Fotolar

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA