Prezident İlham Əliyevdən gürcü həmkarına məktub: "İrimiqyaslı enerji və nəqliyyat layihələri..."

img

25-05-2016 [18:50]


Prezident İlham Əliyev Gürcüstanın prezidenti Giorgi Marqvelaşviliyə məktub ünvanlayıb.

Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Həmin məktubu təqdim edirik:

"Hörmətli cənab Prezident,

Gürcüstanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu gün Azərbaycan ilə Gürcüstan arasındakı dərin tarixi köklərə əsaslanan çoxşaxəli əlaqələr, strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlər məmnunluq doğurur. Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi, birgə gerçəkləşdirdiyimiz irimiqyaslı enerji və nəqliyyat layihələri, daim genişlənən humanitar əlaqələrimiz tərəfdaşlığımızın mühüm amillərindəndir.

İnanıram ki, dostluq və mehriban qonşuluq ənənələrimizə sadiq qalan xalqlarımızın iradəsi ilə Azərbaycan-Gürcüstan münasibətləri bundan sonra da öz dinamik inkişafını müvəffəqiyyətlə davam etdirəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına əmin-amanlıq və rifah arzulayıram!".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA