Kəmaləddin Heydərovdan xəbər var - Qəbul qrafiki açıqlandı

img

25-05-2016 [18:20]


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Saatlı şəhərində vətəndaşları qəbul edəcək.

Mia.az FHN-ə istinadən xəbər verir ki, qəbul 27 may 2016-cı il tarixində Saatlı şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 16.00-da keçiriləcək.

Qəbulda yalnız Saatlı, Sabirabad, İmişli, Hacıqabul rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşların qeydiyyatı Saatlı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 26 may 2016-cı il tarixində saat 09.00-da başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə: tel: +994 (12) 512-01-14,  e-mail: info@fhn.gov.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA