25-05-2016 [17:44]
Dünyanın bir çox ölkələrində eks-prezidentlərlə bağlı xüsusi qaydalar mövcuddur. Azərbaycandan da "Eks-prezidentlər haqqında” qanun qəbul olunub.
Amma mərhum eks-prezident Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsi üçün hər hansı addım atılmayıb.
Əbülfəz Elçibəyin xatirəsi bu günə kimi niyə əbədiləşdirilmir?!
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Modern.az-a açıqlamasında məsələyə münasibət bildirib. Onun sözlərinə görə, heç də eks-prezidentlərin adının əbədiləşdirilməsi zəruri əhəmiyyət kəsb etmir:
"Dünya ölkələrinin heç də bütün eks-prezidentlərinin xatirəsi əbədiləşdirilmir. O prezidentlərin adları əbədiləşdirilir ki, onlar xalqın taleyində xüsusi əhəmiyyətli rol oynayır. Götürək Amerika Birləşmiş Ştatlarını. Onlardan biri Amerikanın yaradıcısı olan Corc Vaşinqton, digəri isə vətəndaş müharibəsinə son qoyub hüquqi sistem yaradan Avraam Linkolndur. Əslində Amerika tarixində o qədər iş görən Ruzvelt və digər prezidentlər olub ki, onların xatirəsinin əbədiləşdirilməsi ilə əlaqədar abidə qoyulmayıb. Məsələn, Kennedinin adına mərkəz var. Cimmi Katerin araşdırmalar mərkəzi var. Bu formalarda ola bilir. Amma bunu da fərdi şəxslər yaradır. Qalan bütün hallarda prezidentlərin hamısının abidəsinin əbədiləşdirilməsinə rast gəlməmişik. Götürək yaxın, qonşu Türkiyəni. Atatürkdən başqa Türkiyə tarixində İsmət İnönü və digər prezidentlərin xidmətləri mövcuddur. Məsələn, Süleyman Dəmirəli nümunə çəkək. Türkiyədə 8 dəfə baz nazir və prezident olub. Türkiyənin siyasi həyatında mühüm rol oynayıb. Bunların heç birinə abidə qoyulmayıb”.
Siyavuş Novruzov eks-prezidentlərlə bağlı digər məsələlərin mövcudluğunu istisna etməyib:
"Ola bilər ki, hər hansı küçə eks-prezidentin adını daşısın. Ola bilər ki, evinin yanında bir barelyefi vurulsun. Adına hər hansı siyasi araşdırmalar mərkəzi və yaxud fond yaradılsın. Dövlət tarixində xüsusi əhəmiyyətli rol oynayan şəxsləri çıxmaq şərtilə qalan prezidentlərə təqaüd ayrılır, status verilir, mühafizə təyin edilir, nəqliyyatla təmin olunur, keçirilən dövlət tədbirlərinə dəvət olunur və sairə. Qalan hallarda isə abidə məsələsi dünya praktikasında yoxdur”.
Elçibəyin ailəsinin mərhum eks-prezidentin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müraciətinə gəlincə, komitə sədri bununla bağlı bir şey eşitmədiyini deyib: "Bu vaxta qədər ailəsi tərəfindən belə bir müraciət eşitməmişəm. Amma Əbülfəz Elçibəyin qəbirüstü abidəsi götürülüb. Ümumilikdə belə bir arzu, istək varsa, bununla əlaqədar dövlət komissiyası fəaliyyət göstərir. Həmin dövlət komissiyasına müraciət edilə bilər”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi