25-05-2016 [13:57]
Amerika tanklarının Gürcüstanda hərbi təlimlərdə iştirakı o deməkdir ki, açıq şəkildə Qafqazdakı hərbi siyasi balansı dəyişmək istəyirlər.
Bu sözləri millət vəkili Zahid Oruc deyib.
Onun sözlərinə görə, sözügedən təlimlər NATO ilə xeyli yaxınlaşan Gürcüstanın hərbi sistemini təkmilləşdirmək, orduda islahatları dərinləşdirmək və NATO standartlarına yaxınlaşdırmaq, Avroatlantik məkanın dəyərlərini bu bölgəyə gətirmək adı ilə keçirilir:
"Reallıqda isə bu ölkənin imkanlarını genişləndirməkdə strateji maraqlar gizlənilir. Bu təlimlər ilk növbədə NATO infrastrukturunun Gürcüstana daşınmasıdırsa, digər yandan bu ölkənin Rusiya ilə toqquşmasını doğurmaqdır. Açıq şəkildə Qafqazdakı hərbi siyasi balansı dəyişmək istəyirlər. Qərb qüvvələrinin hərbi dairələrinin burada iştirakı isə regiondakı vəziyyəti bir az da mürəkkəbləşdirir. Gürcüstan qəti qərbyönlü siyasət seçdiyindən, Amerika tankları artıq Qafqazda bir faktora çevrilməkdədir. Biz Avropa dairələri və ABŞ-la çox yüksək münasibətlərə malikik və bu, milli mənafelərimizə uyğun bir xətdir. Lakin Qərb hərbi qüvvələri Gürcüstanı aşıb, sonra Qarabağı işğaldan azad edəcək, yaxud da indiki kövrək dövrdə Azərbaycan da o təlimlərə qoşulsun, az qala Cənubi Qafqazda bir hərbi ittifaq yaradılsın və bu, anti-Rusiya bloku kimi təzahür etsin, bunun üzərindən torpaq bütünlüyü planları qurulsun kimi sadəlövhcəsinə düşünənlər də var. Mən bunu təhlükəsizliyimiz üçün risk sayıram”.
Deputat əlavə edib ki, Azərbaycan NATO ilə əlaqələri hazırkı səviyyədə saxlamaqla bərabər, regional gərginliyi artıran addımlar atmır:
"Yəni Azərbaycan tanklarının Qərb qoşunları ilə eyni əməliyyatları yerinə yetirməsi nə Əfqanıstan, nə də İraqdakı fəaliyyətlə oxşar götürülə bilməz. Orada terrora qarşı idisə, ikincinin hələ ki, konkret təyinatı yoxdur. Abxaziya, Osetiyada ərazilərin azad edilməsini düşünən Amerika qüvvələri gərək 2008-ci ildə Saakaşvilinin yanında olaydılar. Lakin bu baş vermədi və cəmi 5 gün ərzində Gürcüstan məğlub oldu”(Axar.az).
Qeyd edək ki, mayın 11-dən ABŞ-ın M1A2 Abram tankları "Layiqli tərəfdaş” təlimlərində iştirak etmək üçün Gürcüstandadır. Təlimdə 1300 amerikalı, britaniyalı və gürcü hərbçi iştirak edir. Artıq ABŞ öz hərbi texnikasını da Gürcüstanda yerləşdirib.
Hərbi təlimlər mayın 26-na qədər davam edəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi