25-05-2016 [11:58]
"Əgər Füzuli və Cəbrayıldan hansısa bir sülh, barış dəhlizi açdığımızı elan etsək, heç şübhəsiz, minlərlə erməni Azərbaycan tərəfinə keçəcək".
Bunu millət vəkili Zahid Oruc deyib.
Deputat hesab edir ki, Azərbaycan məhz bununla erməni diplomatiyasının arqumentlərini ələ ala bilər:
"Apreldən başlayaraq ermənilər dünyada bir neçə istiqamətdə diplomatik təxribatlarını xüsusi qabardıblar. Bu da Dördgünlük döyüşlərdən sonra Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə Azərbaycan tərəfindən təminat verilə bilməyəcəyi və məhz bu əsnada Kosova üçün tətbiq edilmiş modeldəki yanaşmaların Qarabağa aid edilməsidir. Söhbət ötən əsrin sonlarında Balkanlarda yaranmış vəziyyətdən gedir. O zaman beynəlxalq konyunkturadan asılı olaraq, xüsusilə də Qərbin Rusiyanı Balkanlarda çökürtmək və oradan çıxarmaq formatına görə Kosova üçün müstəqillik modelini işləməyə başladılar. Lakin BMT və digər mühüm qurumlar Serbiyanın bütövlüyünü tanıdıqdan sonra Balkanların qərbyönlü arxitekturasını nəzərə alıb, yeni bir müddəa kəşf etdilər. Bu da sağ qalma əməliyyatı adı ilə səsləşən hüquqi bir prinsipdir. Bu məsələni uzun müddət erməni diplomatiyası üzərində işləsələr də, Qarabağ ermənilərini kütləvi məhvi kimi bir reallıq mövcud olmadığından bütün planlar alt-üst oldu”.
Millət vəkili diqqətə çatdırıb ki, İrəvan hazırda Azərbaycanın Qarabağ ermənilərinə törətdikləri təhlükənin üzərində siyasət formalaşdırmaqdadır:
"Azərbaycan Qarabağın mülki əhalisi ilə vuruşmur, bizim davamız Ermənistanladır. Əgər Füzuli və Cəbrayıldan hansısa bir sülh, barış dəhlizi açdığımızı elan etsək, heç şübhəsiz, minlərlə erməni Azərbaycan tərəfinə keçəcək. Bu mənada Azərbaycanın ən böyük missiyası Qarabağ ermənilərini Ermənistanın əlindən almaqdır. Necə ki, Azərbaycan dövləti müxtəlif etnik milli toplumların təhlükəsizliyinə zəmanət verir, eləcə də Qarabağ erməniləri də bundan əmin olmalıdırlar. Bakıda yaşayan ermənilərin rəsmi statistikası 25-30 minə yaxındır. Bu ermənilərin timsalında hətta 3-5 nəfərdən ibarət kiçik bir təşkilat da yaratmaq və Qarabağ ermənilərinə çağırış etmək olar. Yetər ki, Qarabağ erməniləri silahı yerə qoysunlar və bu çağırışa müsbət cavab versinlər”.
Axar.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi