Kerridən Qarabağ və enerji açıqlaması: "Yardım etməkdə sadiqik"

img

25-05-2016 [11:49]


ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycan xalqını 28 May Respublika günü münasibəti ilə təbrik edib. 

Bu barədə ABŞ Dövlət Departamenti xəbər verib. 

Onun sözlərinə görə, ABŞ ekstremizmə qarşı mübarizədə və transmilli məsələlərdə Azərbaycanla sıx əməkdaşlığı yüksək qiymətləndirir. "Azərbaycan Avropa bazarına enerji resurslarının tədarükçüsü kimi mühüm rol oynayır"

"ABŞ əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməkdə sadiqdir. ABŞ və Azərbaycan həm Avropa daxilində həm də Avropa hüdudlarından kənarda təhlükəsizlik və tərəqqi naminə birgə çalışıblar. Azərbaycan Avropa bazarına enerji resurslarının tədarükçüsü kimi mühüm rol oynayır və ABŞ Azərbaycanın regionda enerji diversifikasiyasının genişləndirilməsi istiqamətində səylərini tam dəstəkləyir", – deyə Con Kerrinin təbrikində bildirilir.

ANS


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA