25-05-2016 [10:59]
Baş prokurorun göstərişinə əsasən, Kürdəmir Rayon Prokurorluğunda eks-deputat Fərhad Qəribovun qardaşı oğlu Sarvan Qəribov barəsində araşdırma aparılır. S.Qəribov Cinayət Məcəlləsinin 6 maddəsi ilə başlanmış cinayət işi üzrə əsas təqsirləndirilən şəxsdir.
Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, hazırda Kürdəmir Rayon Prokurorluğunda S.Qəribovun rəhbərlərindən olduğu "Ekspress-Trans” MMC-də baş verən qanunsuzluqlardan dolayı CM-in 216-1 - əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, 178-ci - dələduzluq, 179-cu - mənimsəmə 297-ci - yalan ifadə vermə, 308-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 309-cu - vəzifə səlahiyyətlərini aşma maddələri ilə cinayət işi başlanıb.
Bundan başqa, S.Qəribov külli miqdarda vergidən yayındığı üçün onun ölkədən çıxışı Vergilər Nazirliyi tərəfindən məhdudlaşdırılıb. Ölkədən çıxmasının qarşısının alınması üçün Dövlət Miqrasiya və Dövlət Sərhəd Xidmətləri məlumatlandırılıblar.
"Ekspress-Trans” MMC eks-deputat Fərhad Qəribovun oğlu Zöhrab Qəribovundur.
Şirkətlə bağlı araşdırmalar bir qrup fəhlənin müraciəti əsasında başlanıb. F.Qəribov deputat olduğu müddətdə oğlu Zöhrab Qəribov "İpək Yolu”nun bir hissəsinin çəkilişində özünün "Ekspress-Trans” MMC şirkəti vasitəsilə iştirak edib.
Yol çəkilişində 11 fəhləni işlədib, amma pulunu verməyib. Deyib ki, "pulu vermirəm, gedin, kimə istəyirsiz deyin”. Həmin şəxslər də deputat oğlunun sözünü yerə salmayıblar. 2012-ci ildən bu günə qədər halal, əllərinin zəhməti, alın təri ilə qazandıqları pulların onlara verilməsi üçün dövlət qurumlarına yorulmadan şikayət edirlər. Şikayətlər araşdırılarkən məlum olub ki, "Ekspress-Trans” MMC 2014-cü ilə qədər dövlət qurumlarına fəaliyyətsiz olması haqda yalan məlumatlar verməklə külli miqdarda vergini ödəməyib.
Buna görə də deputatın qardaşı oğlu Sarvan Qəribovu saxlayıblar, rəhbəri olduğu MMC 120 min manat cərimə edilib, 70 min manatı ödətdiriblər. S.Qəribov yerdə qalan 50 min manatı ödəmək öhdəliyi götürəndən sonra azad olunub. Bir müddət əvvəl isə Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergi İdarəsi Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək Sarvan Qəribovun ölkədən qaçmaq ehtimalının böyük olduğunu nəzərə almaqla onun ölkədən çıxışının yasaqlanması haqda qərar verilməsini xahiş edib. Məhkəmə Sarvan Qəribovun ölkədən çıxışını yasaqlayıb.
Bundan sonra Sarvan Qəribov 50 min manatın 24 minini ödəyib. 26 min manat borcu isə ödənməmiş qalıb. Hazırda bu rəqəm də dəbbə pulu ilə birgə artıq 36 min 871 manat 98 qəpik olub. Hər gün bu məbləğin üstünə 0.1 faiz dəbbə pulu gəlir. (musavat.com)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi