25-05-2016 [10:31]
Dövlətdən dotasiya alan, dövlət zəmanəti ilə kredit götürə bilən "Azərenerji”nin külli miqdarda borcunun olması bir sıra suallar yaradır. Özü də onu qeyd etmək də yerinə düşər ki, Azərbaycanda elektrik enerjisi qonşu ölkələrlə müqayisədə ucuz da deyil.
Yəni ödənilən məbləğ enerjinin maye dəyərindən artıqdır. Debitor borclar hesabına isə bu həcmdə borc yarana bilməz. Çünki borcu olan abonentə enerji verilməsi xəbərdarlıq edildikdən sonra dərhal dayandırılır.
Xəbər verildiyi kimi, 2015-ci ildə "Azərenerji” ASC üzrə vergi və digər icbari ödənişlər şəklində dövlət büdcəsinə ödənilən vəsaitin həcmi 2013-cü il ilə müqayisədə 222 mln. 803,8 min manat və 2014-cü il ilə müqayisədə 201 mln. 796,3 min manat artaraq 348 mln. 665 min manatadək yüksəlib.
Bu barədə məlumat Hesablama Palatasının "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata verdiyi rəydə qeyd olunub.
Rəydə bildirilib ki, hesabat dövründə cəmiyyət üzrə dövlət büdcəsinə olan borcların həcmi 223 mln. 673 min manat azalaraq 799 mln. 795,9 min manat, artıq ödəmənin həcmi isə 92,9 min manat artaraq 1 mln. 824,2 min manat təşkil edib.
Uzunmüddətli aşağı faizli borc vəsaitlərini 2014-cü il ilə müqayisədə 2015-ci ildə "Azərenerji” üzrə büdcə ödənişlərinin əhəmiyyətli artmasında əsas mənbə kimi qiymətləndirmək olar. Bununla yanaşı, nəzərə alınmalıdır ki, hesabat dövründə cəmiyyət üzrə dövlət büdcəsinə olan borcların həcminin azalmasına baxmayaraq 01.01.2016-cı il tarixə olan borcun məbləği 799 mln. 795,9 min manat və ya dövlət mülkiyyətində olan vergi ödəyicilərinin ümumilikdə borclarının 68,2 faizini təşkil etməklə yüksək olaraq qalmaqdadır.
Bəs, "Azərenerji”nin üzərinə bu qədər borc yığmasının səbəbi nədir?
Iqtisadçı Samir Əliyevin sözlərinə görə, borclar kommunal xidmət göstərən bütün qurumlarda var. Amma "Azərenerji”nin digər dövlət qurumları ilə müqayisədə vəziyyətinin daha ağır olduğunu deyən S.Əliyev vurğuladı ki, ARDNŞ-in də borcu var. Amma ARDNŞ məhsulunun üçdə bir hissəsini xaricə satır. Nəticədə şirkət dollarla pul qazanır. "Azərenerji”nin isə qazancının sırf manatla olduğunu deyən S.Əliyev bildirdi ki, şirkət güclü borcalmaya gedib: "Devalvasiyadan sonra ”Azərenerji”nin borcları bir qədər də artdı. Manat ifadəsində "Azərenerji”nin borcları iki dəfə artıb. Digər tərəfdən, beynəlxalq reytinq agentlikləri şirkətin reytinqini aşağı salıblar”.
S.Əliyevin fikrincə, "Azərenerji”yə ayrılan maliyyənin şəffaflığı təmin edilməyib, milyonlarla insanın enerji ilə təchizatı baş verməyib. Bütün bunlar şirkətin maliyyə durumuna təsir edən faktorlar sırasındadır: "Azərenerji” bütün borcları dövlət təminatı ilə cəlb edib. Yəni bütün vəsaitlər razılaşdırılıb. Amma təəssüf ki, bu vəsaitlər səmərəsiz istifadə olunub. Heç bir şəffaflıq, hesabatlılıq olmayıb. Ona görə də bu vəsaitlərin nə dərəcədə təyinatı üzrə xərclənməsi sual altındadır. Ümumiyyətlə, bu vəsaitlərin götürülməsinə ehtiyac var idimi? Nə qədər ki şəffaflıq yoxdur, bu suallara cavab tapmaq çətindir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi