25-05-2016 [10:25]
Nəqliyyat Nazirliyinin sabiq məmuru Çingiz Baxşıyev mətbuatın gündəminə evindən 50 kiloqram qızıl oğurlanan məmur kimi gəldi. Məlum oldu ki, sabiq müşavir Rövşən Əhmədov adlı birini evindən 50 kiloqram qızıl oğurlamaqda suçlayıb, ondan hüquq-mühafizə orqanlarına şikayət yazıb.
Bundan sonra Ç.Baxşıyevin gizli və şübhəli biznesi, əlaqələri haqda ciddi araşdırmaların başlanmasına yol açan məlumatlar ortaya çıxdı. Redaksiyamıza Ç.Baxşıyevin ölkədən kənara çıxararaq Avropa dövlətlərindən birində biznesə yatırdığı milyonlar haqda ilginc məlumatlar daxil olub.
Qaynağımız bildirib ki, 2015-ci ilin əvvəlində Çingiz Baxşıyev ölkədən 7 milyon avro çıxararaq Avstriyanın paytaxtı Vyana şəhərində böyük bir mağaza alıb. Brend malların satışı ilə məşğul olan mağazanın idarəediciləri Ç.Baxşıyevin oğlu Nəriman Baxşıyev və kürəkəni Ayaz İbrahimovdur.
Qaynağımız bildirir ki, mağaza işə başlayandan bir neçə ay sonra vəhhabi olan Ayaz İbrahimov mağazanın 3 aylıq dövriyyəsini götürərək təriqətinin ehtiyacları üçün xərcləyib. Bundan sonra mağaza iflas olaraq bağlanıb.
Vəziyyət haqda Ç.Baxşıyevə məlumat verən ailə üzvləri mağazanın yenidən fəaliyyətə başlaması üçün əlavə 3 milyon avro tələb olunduğunu bildiriblər. Bundan sonra müşavir qızı vasitəsilə 3 milyon avronu kürəkəninə verib və mağaza yenidən açılıb.
Ç.Baxşıyevin bunca sərvətinin qaynağı haqda suallara cavab axtararkən çox maraqlı faktlar üzə çıxdı.
Öyrəndik ki, Ç.Baxşıyev "Avtonəqliyyatservis” Departamentinin rəisi olarkən Nəqliyyat Nazirliyinin 3 saylı avtobus parkının arxivi yanıb. Bundan sonra parkın 10 avtobusu satılaraq özəlləşdirilib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəhbəri olarkən də Ç.Baxşıyev özünü daha çox pul qazanmağa meylli şəxs kimi tanıdıb. Belə iddia var ki, Nəqliyyat Nazirliyi Quba Regional Şöbəsinin mərhum rəisi Zakir adlı şəxsdən 200 min manat alıb. Onu Bakıya "yağlı” vəzifəyə gətirəcəyinə vəd verib. Zakir vəzifəyə təyin olunmadan rəhmətə gedib. Bu gün də onun oğlu Bəxtiyarın Ç.Baxşıyevdən atasından aldığı pulu geri tələb etdiyi bildirilir. Taleh adlı şəxsdən isə 70 min manat alınmaqla onu DANX-yə baş məsləhətçi vəzifəsinə təyin etdirib.
3 aydan sonra Talehi şöbə rəisi keçirəcəyini vəd edib. 6 ay sonra Taleh təyinatın baş tutmayacağını anlayıb, pulu geri istəyib. Kadrların idarəsinin rəisi İmran Talehi dövlət qulluqçusu statusu vermədən işdən çıxarıb. Bu gün də pulunu vermir. Hazırda iş məhkəmədədir. İlyas adlı şəxsdən 100 min manat alaraq Nəqliyyat Nazirliyi Texniki Müayinə Şöbəsinin rəisi vəzifəsinə işə götürüb. Sonradan isə İlyası Lisenziya və Fərqlənmə Nişanlarının rəsmiləşdirilməsi xidmətinin tabeçiliyinə işə göndərib.
Lakin İlyas aşağı vəzifəyə keçməyə razılaşmayıb və pulunu geri tələb edib. Ç.Baxşıyev İlyası kadrlar şöbəsinin rəisi Vilayət Əliyevin yanına göndərib. Deyib ki, "get, pulunu ondan al”. Bundan sonra məsələ Nəqliyyat Nazirliyi səviyyəsinə qalxıb, Çingiz Baxşıyevə töhmət verilib, Vilayət Əliyev və İlyas işdən azad olunub. İlyasın 80 min manatı qaytarılıb.
Çingiz Baxşıyev Anar Abbasovu Ekspedisiya Xidmətinə rəis təyin edib. Faktiki isə Ekspedisiya Xidmətinin heç bir fəaliyyəti olmayıb. Anar Abbasov öz vəsaiti hesabına texnikalar alıb, kadrlar yığıb. Xidmət fəaliyyətə başladıqdan sonra A.Abbasov Çingiz Baxşıyevə ayda 700-800 min manat verib. 2 ilə xidmət formalaşıb stabil gəlir gətirməyə başlayandan sonra A.Abbasov və onun kadrları işdən çıxarılıb. İşçilərə də deyilib ki, xidmətə qoyduğunuz vəsaiti A.Abbasovdan tələb edin.
Qaynağımız deyir ki, Ç.Baxşıyev Anar Abbasovun nüfuzundan və işi bilməyindən təşvişə düşüb. Düşünüb ki, özünün tutduğu posta - "Avtonəliyyatservis” Departamentinin rəisi vəzifəsinə təyin oluna bilər. Buna görə də Anar Abbasovun postuna Eynur Məmmədovu təyin edib. Anar Abbasov qanunsuz olaraq işdən çıxarılması ilə bağlı bir çox ünvanlara müraciət edib. Lakin Ç.Baxşıyev onun müraciətlərinin qarşısını alıb.
Musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi