24-05-2016 [23:12]
Çeçenistanda keçirilən beynəlxalq təhlükəsizlik toplantısında iştirak edən Azərbaycan prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu respublikanın rəhbəri Ramzan Kadırovla görüşüb.
Mia.az virtualaz.org-a istinadən xəbər verir ki, məlumatı Çeçenistan hökumətinin mətbuat xidməti yayıb.
Görüş zamanı R.Mehdiyev Azərbaycan prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Ramzan Kadırova çatdırıb, ona hədiyyə təqdim edib.
Söhbət zamanı R.Mehdiyev deyib ki, Kadırov respublikaya başçılıq etdiyi 9 il ərzində çeçen xalqı üçün çox iş görüb.
"Dağıdılmış Qroznı indi gözəl şəhərə çevrilib, Rusiyanın ən yaxşı şəhərlərindən biri olub”-Mehdiyev deyib.
Ramiz Mehdiyev onu da bildirib ki, Çeçenistan rəhbəri çeçen xalqının əsl oğludur, atasına, Çeçenistanın ilk prezidenti Əhməd Kadırova layiq oğuldur: "Siz çeçen xalqının əsl oğlusunuz. Çeçen xalqına xoşbəxt həyat nəsib etmişiniz, problemləri və çətinlikləri aradan qaldırmışınız. Biz yaxın keçmişdə burada baş verənləri yaxşı xatırlayırıq. Siz təkcə çeçen xalqına layiq oğul deyilsiniz, eyni zamanda atanıza layiq oğulsunuz və onun xəyallarını həyata keçirirsiniz. Azərbaycan xalqı həmişə çeçen xalqının yanındadır”.
Kadırov isə xoş sözlərə görə Mehdiyevə təşəkkür edərək deyib ki, Azərbaycan müharibə zamanı çeçen xalqına çox kömək edib: "Yaxşı yadımızdadır ki, o vaxt bütün çeçenləri quldur, terrorçu hesab edirdilər, heç kim bizimlə ünsiyyət qurmaq istəmirdi, qaçqınları qəbul edən yox idi. Mən Əhməd-Hacının (atası Əhməd Kadırovu nəzərdə tutur) Heydər Əliyevlə görüşündə iştirak edirdim. O, çeçen xalqına çox yaxşı münasibət göstərdi, kömək etdi. Biz bunu heç vaxt yaddan çıxarmarıq”.
Çeçenistan rəhbəri söhbət zamanı Azərbaycan-Rusiya əlaqələrinin möhkəmlənməsinin vacibliyini qeyd edib: "Mən əminəm ki, biz bir olmalıyıq, xalqlarımızı və ölkələrimizi birlikdə qorumalıyıq ki, düşmən bizimlə oyun oynamağa heç cəsarət belə etməsin”..
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi