Keçmiş MTN generalının vəkili telefonla yaxalandı - Hüquq məsləhətxanasının rəhbərinə cinayət işi açıldı

img

24-05-2016 [21:54]


Vəkil Arif Rəsulov barəsində cinayət işi açılıb.

Bakı İstintaq Təcridxanasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin rəisi, general mayor Teymur Quliyevlə görüş zamanı vəkilin üzərinə baxış keçirilərkən mobil telefon aşkarlanıb.

İşlə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsində ekspertiza təyin edilib. Daha sonra A.Rəsulovun barəsində Cinayət Məcəlləsinin 317-1.2-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi, eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, A.Rəsulov 13 saylı hüquq məsləhətxanasının rəhbəridir. 

Report 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA