Zakir Həsənovun İspaniyaya səfəri başlayıb

img

24-05-2016 [16:38]


Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin mayın 24-də İspaniya Krallığına rəsmi səfəri başlayıb.

Bu barədə Mia.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, səfər çərçivəsində İspaniyanın müdafiə və xarici işlər nazirləri ilə görüşlərin keçirilməsi, eləcə də hərbi hissə və hərbi sənaye kompleksinə daxil olan şirkətlərin ziyarət olunması nəzərdə tutulub.

Səfər mayın 26-dək davam edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA