24-05-2016 [14:08]
May ayının 20-də ölkə başçısı Milli Məclis tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” nu təsdiq etdi.
Əslində bu sahibkarlara, iş adamlarına iqtisadi amnistiya verən bir sənəddir. Dəyişikliklər iş adamlarına diqqətsizlik, səhv və hətta səhlənkarlıq nəticəsində dövlətə vurduqları zərərə görə cinayət məsuliyyətindən maksimum uzaq ola bilmək şansı verir.
Nələrdən ibarətdir bu dəyişikliklər?
İlk öncə buna qədər Cinayət Məcəlləsi ilə nəzərdə tutulan "xeyli miqdar” və "küllü miqdar” anlayışlarına məbləğ etibarilə yeni yanaşım edilir. Köhnə qaydalar ilə "xeyli miqdar” dedikdə 1000 manatdan 7000 manata qədər olan məbləğ başa düşülürdüsə, yeni qaydalarla bu rəqəmin minumum həddi 20 dəfə artırılaraq, 1000 manatdan 20 000 manata, maksimum həddi isə 14,3 dəfə artırılaraq, 7000 manatdan 100 000 manata çatdırıldı. Eyni qayda ilə "küllü məbləğ” kimi müəyyənləşdirilən və CM-nin "İqtisadi Cinayətlər " bölməsindəki əksər maddələr üzrə tətbiq edilən 7000 manatdan artıq olan məbləğin də dəyişdirilərək minimum həddi 100 000 manatdan yuxarı ola biləcək məbləğlə əvəzləşdirildi.
Cinayət Məcəlləsinin 213-cü "Vergi ödəməkdən yayınma” maddəsinin "qeyd” hissəsində nəzərdə tutulan və 2000 manatdan 50000 manata qədər olan "xeyli miqdar” kimi və 50 000 manatdan yuxarı olan "küllü miqdar” kimi müəyyən edilmiş məbləğlər də müvafiq olaraq 20 000 manatdan 100 000 manata qədər və 100 000 manatdan artıq olan məbləğlə əvəzləşdirildi. Burada da minimum və maksimum hədlər 2 dəfədən 10 dəfəyə qədər artırıldı.
Cinayət Məcəlləsində edilən və əslində sahibkarlara, iş adamlarına daha çox üstünlük gətirən ən maraqlı yenilik isə onlara vergidən yayınma və qanunsuz fəaliyyətlə məşğulluğa görə yayındırılmış məbləğin və dövlətə vurulmuş zərərin bir neçə mislini büdcəyə ödəməklə cinayət məsuliyyətindən azad olmaq şansının verilməsindən ibarətdir.
Məsələn, Cinayət Məcəlləsinin 213-cü "Vergi ödəməkdən yayınma” maddəsinin sanksiya nəzərdə tutan 213.1 bəndinin əvvəlinə "cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə” ödəməyi nəzərdə tutan əlavə, vergi ödənişi üzrə qanunu pozduğuna görə əslində cinayət məsuliyyətinə cəlb edilməli olan iş adamına vurduğu ziyanın 2-4 mislini ödəməklə cinayət məsuliyyətindən qurtarmaq imkanı yaradır. Bu kimi dəyişikliklər CM-nin bir çox digər maddələrinə də edilən yeniliklərdir. Bir sözlə bütün bu dəyişikliklər iş adamlarını diqqətsizliyə, səhvlərə və hətta bəzən səhlənkarlığa görə cinayət məsuliyyətinə cəlb edilməkdən qurtarmağa yönəli addımlardır.
Bəs dövlətin, ölkə başçısının bu addımlarına iş adamları, sahibkarlar necə cavab verəcəklər?
Bax bu çox ciddi bir məsələdir. Əgər vergidən yayınma və qanunsuz fəaliyyətlə məşğul olmaq kimi cinayət tərkibli əməllərə görə dəymiş ziyanın məbləğini dövlət 10-20 dəfəyə qədər artırısa və eyni zamanda bunun bilərəkdən və ya bilməyərəkdən baş verməsinin fərqinə varmadan, dəymiş ziyanın bir necə misli qədər ödənişi qəbul edib, iş adamını, sahibkarı cinayət məsuliyyətindən qurtarırsa, deməli iş adamları, sahibkarlar da üzlərini 180 dərəcə dövlətə tərəf çevirməyi bacarmalıdırlar. Bu gün sahibkar da iş adamı da başa düşməlidir ki, hər bir məsələdə olduğu kimi burada da münasibətlərin qarşılıqlı olması vacibdir. Əgər sahibkar, iş adamı bu gün onun üçün yaradılan bu münbit şəraiti düzgün qiymətləndirə bilməsə və dövlətin bu addımlarını ona "vergidən daha çox yayınmaq” və "daha çox qanunsuz fəaliyyətlə məşğul olmaq” şansı kimi dəyərləndirərsə, bir müddətdən sonra bunun acı nəticələrinin ola biləcəyini də göz önünə gətirməlidir. Yəni belə olarsa, onda dövlət verdiyi bu şansı haqlı olaraq ciddi cəzalarla əvzləyə bilər. Odur ki, bu gün bu məsələ hər bir iş adamını, sahibkarı dərindən düşündürməlidir. Hər kəs dövlətin bu addımlarından sonra büdcə qarşısında vergi borclarını ödəmək məsələsində maksimum intizamlı olmalıdır. Necə ki, dövlət cinayət halı yarada bilən məbləği 10-20 dəfəyə qədər artıraraq iş adamının, sahibkarın vəziyyətini yüngülləşdiribsə, iş adamı da, sahibkar da bunun qarşılığını dövlətin büdcəsinə vergi borcunu ödəmək sahəsində öz məsuliyyətini bir o qədər artırmaqla verməlidir.
Bu gün hansısa ticarət obyekti öz rəsmi dövriyyəsini 40 dəfəyə qədər gizlədib vergidən yayınırsa və hələ bu az imiş ki, vergi güzəşti əldə etmək üçün dövlətin üzərinə yeriməyə cəhd edirsə, deməli belələrini mütləq cəzalandırmaq lazımdır. Beləsinə heç bir güzəşt ola bilməz.
Fikrət Yusifov,
sabiq maliyyə naziri
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi